11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"ZƏFƏR GÜNÜ" QAZAXDA DA MÖHTƏŞƏM ŞƏKİLDƏ QEYD OLUNDU....

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında "Zəfər Günü" elan edilməsi  Qazax rayonunda da möhtəşəm şəkildə qeyd edilib. 

Qazax rayon mərkəzindən başlayaraq rayon icra başçısının təşkilatçılığıyla şəhər sakinləri üzü "Dəmir Yumruq" abidə kompleksinə doğru böyük coşquyla,  zəfər yürüşü marşının sədaları altında kompleksin önünə gələrək ŞƏHİDLƏRİMİZİ bir dəqiqəlik sükutla yad etdikdən sonra bayram tədbirinə start verildi. 

Tədbirin açıq elan olunması ilə bağlı İlk öncə rayon icra başçısı Rəcəb Babaşov çıxış edərək Şəhid ailələri başda olmaqla rayon sakinlərini salamlayıb Zəfər Bayramı münasibəti ilə  təbrik etdi,  Ali Baş Komandan İlham Əliyev Cənablarının  27  sentyabr tarixində başlayan  İkinci Vətən Müharibəsi dövründə  torpaqlarımızı mənfur düşməndən azad edərək 8  noyabr "Zəfər Günü" sevincini bizlərə yaşadan Möhtərəm Prezident İlham Əliyev Cənablarına  öz dərin təşəkkürlərini bildirdi, Şəhidlərimizin ruhu qarşısında baş əydiyini xüsusi olaraq qeyd etdi. 

Daha sonra tədbirdə çıxış  edənlər arasında  “Qazax Xeyriyyə İctimai Birliyi"nin İdarə Heyətinin sədri İlham Pirməmmədov, Qazax rayon hərbi komissarı,  Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, şair Barat Vüsal, eləcə də bir çox yüksək rütbəli məmurlar çıxış edərək bayram iştirakçılarını salamladılar, tədbiri gözəl şəkildə təşkil edən rayon icra başçısına öz təşəkkürlərini bildirdilər.  Çıxış edən natiqlər "Zəfər Günü"nü bizlərə yaşadan  ŞƏHİDLƏRİMİZİN  ruhu qarşısında baş əydiklərini qeyd etməklə yanaşı QAZİLƏRİMİZƏ Allahdan şəfa dilədilər,  ölkə başçısı İlham Əliyev Cənablarına öz dərin təşəkkürlərini bildirdilər. 

8 Noyabr-Zəfər  Günü münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının 2021-ci il 05 noyabr tarixli 9-21/379 nömrəli sarancamı ila ŞƏHİD analarına FƏXRİ FƏRMANLAR təqdim olundu.

Tədbirdə Vətən ruhlu musiqilər səsləndi, mahnılar oxundu, ŞƏHİDLƏRİMİZİN adına şeirlər səsləndi. 
Dörd saatdan çox davam edən "Zəfər Günü" tədbiri ŞƏHİD ailələrinin, eləcə də  Qazax sakinlərinin ürəyincə oldu. 
"Zəfər Bayramı" tədbiri 44-günlük Vətən müharibəsi ŞƏHİDLƏRİNİN adına ağac əkmə aksiyası ilə sona çatdı.  51  ŞƏHİDİN adına ağac əkilərək suvarıldı.



ATİA.AZ saytı olaraq biz də öz növbəmizdə kollektivimiz adından  "Zəfər Günü" sevincini bizlərə yaşadan Ali Baş Komandan İlham Əliyev Cənablarına öz dərin təşəkkürlərimizi bildiririk, Vətən uğrunda canından keçən   ŞƏHİDLƏRİMİZİN ruhu qarşısında baş əyərək, QAZİLƏRİMİZƏ Allahdan şəfa diləyirik.

"ZƏFƏR" GÜNÜMÜZ MÜBARƏK!
Elnur Quliyev, ATİA.AZ


Tarix: 9-11-2021, 15:08 Oxunub: 699


Bölməyə aid digər xəbərlər