Şərəfli döyüş yolu keçmiş, ordu quruculuğunda müstəsna xidməti olan, Şəhid kapitan Veyisov Rəsul Əkbər oğlu 1992 -ci ilin iyul ayının 7-də Qazağın Quşçu Ayrım kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İyul ayının 8-də Bakı şəhərində "Şəhidlər Xiyabanı"nda dəfn olunmuşdur. 1993-cü ildə Veyisov Rəsulun adının əbədiləşdirilməsi üçün Universitetin həyətində BULAQ inşa olunmuşdur.
Hazırda həmin bulaq tam yararsız hala düşüb. Yararsız hala düşməsi ilə yanaşı, bulaq bu gün uyğunsuz bir yerdə olması və istifadə olunmadığı üçün həmin yerdən digər uyğun bir yerə daşınması və yenidən bərpa olunması sanki olduqca ən ağır problemlərdən birinə çevrilib!?
Ölkə Prezidentinin Şəhidlərə, Qazilərə və onların ailələrinə diqqət və qayğısı danılmazdır. Hər zaman öz çıxışlarında "Şəhid ailələrini, Qaziləri incitmək olmaz, biz hər zaman Şəhidlərimizə, eləcə də Qazilərimizə borcluyuq" deyən ölkə başçısı daima onları diqqət mərkəzində saxlamış və bu barədə dövlət məmurlarına ayrıca tapşırıqlar vermişdir. Amma buna baxmayaraq çox təssüflər olsun ki, illərdi bərbad vəziyyətdə olan Şəhid Rəsul Əkbər oğlu Veyisovun adına ucaldılmış "Abidə bulaq kompleksi" baxımsız vəziyyətdə qalıb. Şərəfli döyüş yolu keçmiş, baş tacımız olan bir Şəhidə bu qədər biganə yanaşmaq sözün əsl mənasında utancvericidir.
Bakı Dövlət Universitetinin Qazax filialının həyətində "Abidə bulaq kompleksinin" olduğu yerdən başqa bir yerə köçürülməsi bir yana, illərdi bulağın suyunu belə bərpa etmək görəsən çoxmu çətindir???
Elnur Quliyev
Bölməyə aid digər xəbərlər