21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Gənc rəssamın orijinal üslublu, xeyriyyə məqsədli sərgisi...

  Müasir İncəsənət mərkəzində rəssam, sənətşünas və sənət terapisti   Turan Bağırovanın “Hüsna” adlı fərdi sərgisi açılmışdır.  Nümayiş olunan əsərlər kalliqrafiya və rəngkarlığın gözəl sintezini təşkil edir.  Sərgi Ramazan bayramı sonrasında reallaşdığından xeyriyyə məqsədi daşıyır. Əsərlərin satışından əldə olunan gəlirin xeyriyyə fonduna ianə edilməsini nəzərə alsaq, bu bir xeyriyyə aksiyasıdır. Qeyd edək, ki bu mövzuda sərgi Azərbaycanda ilk dəfə təşkil edilmişdir.
        Sərgidə iştirak edən xalq rəssamı Arif Hüseynov çıxışı zamanı sərginin ideyasını çox bəyəndiyini söylədi. Həmçinin sərgidən əldə etdiyi əsəri emalatxanasının ən gözəl yerinde saxlayacağını bildirdi. Sərgidə həmçinin rəssam Esmiralda Tağızadə, heykəltəraş -rəssam Eldar Həsənov, sənətşünas Sevda Quliyeva çıxış etdilər. 
           Sərgi gənc rəssam, sənətşünas və sənət terapisti   Turan Bağırovanın ilk böyük fərdi layihəsi olaraq böyük maraq doğurdu. Sərgiyə gələn ziyalılar, mədəniyyət xadimləri, tələbələr yüksək təəssüratlarla ayrıldılar. Əməkdaşımız sərgidən iki əsər almış ailənin təəssüratlarını öyrənib:
  - Dövlət İmtahan Mərkəzinin əməkdaşı Nuran Abbasova və Silahlı Qüvvələrin kapitanı Nurlan Atamoğlanlı aldıqları əsərləri çox bəyəndiklərini, sərginin orijinal olduğunu qeyd ediblər. Hər iki tamaşaçı-alıcı xeyriyyə aksiyasını yüksək qiymətləndirdiklərini və belə tədbirlərin ölkəmizin mədəni həyatında, eləcə də mənəvi dəyərlərimizin yaşadılmasında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. 
            Qeyd edək ki, Bağırova Turan İlham qızı İncəsənət Gimnaziyasının rəssamlıq fakultəsini bitirib. Mədəniyyet ve İncəsənət Universitetinin qrim rəssamı fakultəsində təhsilini davam etdirib. Rəssamlıq Akdemiyasının Sənətşünaslıq fakultəsinin magistratura pilləsini uğurla tamamlayıb.
 Hal-hazırda Rəssamlıq Akademiyası nəzdində fəaliyyət göstərən İncəsənət Kollecində pedaqoji fəaliyyət göstərir. Əlavə olaraq da öz rəsm kursu var. Rəssam, sənətşünas ve sənət terapisti kimi biliklərini bacarıqla yeni nəslə öyrədir.
Biz də ATİA.AZ saytının kollektivi adından gənc rəssama yeni-yeni sənət uğurları arzu edirik.


Tarix: 13-05-2022, 08:13 Oxunub: 493


Bölməyə aid digər xəbərlər