Bakıda “Zəfər” sərgisi açıldı – FOTO

Bakıda Muzey Mərkəzində “Zəfər” adlı sərgi açılıb.
Sərgi Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbəyə həsr olunub.
Sərgidə Azərbaycanın məşhur rəssamlarının, sənət ustalarının Zəfərimizə ithaf etdikləri 100-dən çox rəngkarlıq, qrafika, heykəltaraşlıq və dekorativ-tətbiqi sənət əsərləri təqdim olunub.
Ekspozisiyada Azərbaycanın Xalq rəssamları - Səlhab Məmmədov, Fərhad Xəlilov, Arif Hüseynov, Siruz Mirzəzadə ilə yanaşı, gənc nəslin də dəyərli fırça ustalarının Qarabağa və Zəfər gününə həsr etdikləri bir-birindən maraqlı əsərləri nümayiş olunur.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın hazırda ən möhtəşəm və qürurverici tarixini yaşadığını qeyd edib və sənət nümunələrinin gənc nəslin maariflənməsində, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyətini vurğulayıb.  
Qeyd edək ki, Muzey Mərkəzində təşkil edilən “Zəfər” sərgisi noyabr ayının 10-dək davam edəcəkdir. Giriş sərbəstdir.




Tarix: 5-11-2021, 13:21 Oxunub: 483


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31