1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəhid övladları ilə görüş təşkil olunub.
Bu münasibətlə Qazax rayon Daş Salahlı kənd Mədəniyyət müəssiəsinin işçiləri, hər zaman öz vətənpərvər, cəsur, səmimi, xeyirxah, dövlət və dövlətçiliyə bağlı olmaqları ilə yanaşı şəhidlərimizi, qazilərimizi onların ailələrini bir an olsun belə unutmayan dəyərli Azərbaycan xanımları - Könül Hacıyeva, Nətavan Mustafayeva və Hicranə Məmmədovanın birgə təşəbbüsü və təşkilatçılığı ilə Qazax rayonunun 44 günlük Vətən Müharibəsi Şəhidləri və Tovuz döyüşləri Şəhidinin övladları üçün bayram tədbiri təşkil olunub.
Tədbirdə Şəhidlərin ailə üzvləri, onların övladları, Qazax rayon Mədəniyyət Mərkəzinin və Qazax MKS-nin rəhbərləri də iştirak ediblər.
Tədbirə dəvət olunan qonaqlara bayram süfrəsi açılıb, Şəhid övladlarına hədiyyələr təqdim olunub. Tədbirin yüksək səviyyədə təşkil olunması tədbir iştirakçılarının ürəyincə olub və sonda Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Mədəniyyət müəssiəsinin işçilərinə öz təşəkkürlərini bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Bölməyə aid digər xəbərlər