11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qazax rayonunun Daş Salahlı kəndində də anım mərasimi keçirildi...

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Respublikamızın hər yerində olduğu kimi Qazax rayonunun Daş Salahlı kəndində də anım mərasimi keçirildi.
Kənd  icra nümayəndəsi Tahir Hüseynlinin təşəbbüsü ilə keçirilən anım mərasimi çox yüksək səviyyədə keçdi. 
Mərasim tədbirində çıxış etmək üçün ilk söz kənd Bələdiyyəsinin sədri Asif Yusufova verildi.
Bələdiyyə sədri öz çıxışına başlamazdan əvvəl  Şəhidlərimizi bir dəqiqəlik sükutla yad edib, onların ailələrinə dərin hüznlə başsağlığı verərək Şəhidlərimizə Allahdan rəhmət diləyərək  tədbiri açıq elan etdi. 

Tədbirdə Daş Salahlı kənd 1  və 2 saylı tam orta məktəbin müəllimləri  Söylü Pirməmmədova, Nazı Paşayeva, Şüküfə Cəfərova, Tofiq Cəfərov, Vətən müharibəsi iştirakçısı Aydın Əhmədov, Şəhid atası Rəhim Yaqubov  çıxış edərək Şəhidlərimizə Allahdan rəhmət dilədilər və onların ailələrinə dərin hüznlə başsağlığı verərək,  Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına Şəhidlərimizi, Qazilərimizi, eləcə də onların ailələrini daima diqqət mərkəzində saxladığı üçün ölkə başçısına öz təşəkkürlərini bildirdilər. 

Tədbirdə iştirak edən məktəbli tələbələr tərəfindən Şəhidlərimizin məzarı üstə qərənfillər, əkillər qoyularaq şeirlər səsləndirildi. 


ATİA.AZ saytı olaraq biz də öz növbəmizdə kollektivimiz adından  Şəhidlərimizi hörmətlə anırıq, onların ailələrinə dərin hüznlə baş sağlığı veririk. 
Şəhidlər Ölməz! Vətən Bölünməz!
Elnur Quliyev, ATİA.AZ


Tarix: 20-01-2022, 22:16 Oxunub: 927


Bölməyə aid digər xəbərlər