Vətənpərvər olmaq, Qazilərimizə, Şəhid ailələrinə maddi və mənəvi dəstək olmaq üçün heç də hər hansı bir qurumun, təşkilatın üzvü olmaq vacib deyil. Vətənpərvərlik, humanizm insanın qanında varsa, bu işləri heç bir təşkilat üzvü olmadan da etmək mümkündür. Fəxrlə deyə bilərik ki, belə insanlarımız heç də az deyil.
Belə qeyrətli, Vətəninə, millətinə ürəkdən bağlı olan insanlardan biri də Qazax sakini Rəqsanə xanım Əsgərovadır.
Rəqsanə xanım "Topçu Alik", "Qara Əkbər" ləqəblərilə tanınan, müharibə veteranı, qeyrətli, damarlarında əsil "TÜRK QANI" axan bir kişinin qızıdır.
Adının hallanmasını istəməyən Rəqsanə xanımı gördükləri xeyirxah işləri işıqlandırmaq üçün güclə razı saldıq.
İlk öncə adının hallanmasını istəməsə də, razı olmasa da, sağ olsun, sonradan sözümüzü yerə salmayıb bizimlə razılaşdı.
Rəqsanə xanım ətrafında olan bir neçə xeyirxah yoldaşları ilə birlikdə bir çox qürurverici işlər görmüşlər.
44 günlük Vətən müharibəsi ŞƏHİDLƏRİMİZİ, QAZİLƏRİMİZİ bir an olsun belə unutmamışlar...
Yoldaşları ilə birgə bir çox bölgələrə gedərək ŞƏHİD ailələrini ziyarət edib, QAZİLƏRİMİZƏ baş çəkmişlər...
Bundan əlavə TOVUZ, TƏRTƏR, BƏRDƏ, ZAQATALA, YEVLAX və bir çox bölgələrə gedərək ŞƏHİD ailələri, onların evladları ilə birlikdə tədbirlər keçirmişlər.
Sonuncu dəfə 8 Noyabr "Zəfər Günü" Şəmkirdə "Qala Restoranında" Qazax rayon ŞƏHİD ailələri üşün bayram tədbiri keçirmişlər. Tədbirdə gözəl süfrə açaraq ŞƏHİD evladlarına hədiyyələr vermişlər...
Rəqsanə xanımla müsahibə zamanı belə bir sual verdik: "Vətəni bu qədər sevməyinizin hər hansısa bir səbəbi varmı və bu qədər vətənpərvərlik sizdə hardan qaynaqlanır?" Cavabı belə oldu: "Bəli, Vətəni atam qanıma, canıma hopdurub və insan gərək vətənpərvər doğulsun. Birinci Qarabağ müharibəsində cəsur və şücaət göstərmiş atamdan həmişə qürur hissi ilə danışıram".
ŞƏHİD evladlarına və Qazilərimizə necə bir hədiyyəlr verirsiz sualına isə Rəqsanə xanım belə cavab verdi:
"Biz əsasən Şəhid ailələrinə, Qazilərimizə milli ruhda olan hədiyyələr veririk... Məsələn, üstündə XARI BÜLBÜL həkk olunmuş qol bağı, bayraq, saat, və s. hədiyyələr. Bundan əlavə bir il ərzində işğaldan azad olunmuş rayonlarımıza gedərək ordan ŞƏHİD evladları üçün TORPAQ, SU gətirmişik, hər bir ŞƏHİD evladına həmin sudan, həmin torpaqdan hədiyyə vermişik"
Dogrusu Rəqsanə xanımın bu kəlmələri bizi həm kövrəltdii, həm də qürur hissi keçirdik. Halal olsun! - başqa söz tapa bilmədik.
İstər Silahlı qüvvələr günü, istər anım günü, istər Zəfər günü, istərsə başqa günlərdə hər an, hər zaman ŞƏHİDLƏRİMİZİ, QAZİLƏRİMİZİ, onların ailələrini bir an belə unutmayan belə bir kollektivə ATİA.AZ saytı adından təşəkkür edirik.
Nə yaxşı ki, Vətənimiz Azərbaycanda belə gözəl Vətənpərvər, xeyirxah işlər görən insanlar var.
Belə xeyirxah işləri görəndə biz də qürur hissi keçiririk, fərəhlənirik!
Allah yardımçınız olsun!!! Rəqsanə xanım və onun Vətənsevər dostları, yoldaşları!
Sizinlə qürur duyuruq!!!
ŞƏHİDLƏR ÖLMƏZ!!! VƏTƏN BÖLÜNMƏZ!!!
Bölməyə aid digər xəbərlər