Qazax rayonununnda I Qarabağ və 44 günlük Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə və qazilərimiz üçün iftar süfrəsi açılmışdır.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti iştirak etmişdir. Ziyafətdə şəhidlərimizin əziz xastirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı çıxış edərək şəhidlərin ailə üzvlərinin hamımızın başının tacı olduğunu və artıq xalqımızın qisasının alındığını bildirmişdir.
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz cəmi 44 gün davam edən Vətən Müharibəsində düşməni məğlub etmişdir. Xalqımız “Dəmir Yumruq” ətrafında sıx birləşərək 30 illik həsrətə son qoymuş, bütün şəhidlərimizin qisasını döyüş meydanında almışdır.
Hazırda işğaldan azad olunan dədə-baba torpaqlarımızda sürətli və böyük quruculuq, abadlıq işlərinin aparıldığını önə çəkən RİH başçısı çox tez bir zamanda oradakı şəhər və kəndlərimizin yenidən inşa olunacağını, müasir standartlara uyğun infrastruktur və kommunal sistemlərin qurulacağını və beləliklə də oradakı həyatın tezliklə yenidən canlanacağını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Ramazan günündə iftar ziyafətlərinin açılacağını qeyd edən başçı burada əsas məqsədin şəhidlərimizin əziz xatirəsini həyatımızın bütün anlarında, xalqımıza xas olan ən əziz günlərimizdə, bayramlarımızda yada salmaq və ruhlarına dualar oxumaq olduğunu qeyd etmişdir.
Daha sonra Qazax rayon Məscidinin axundu hacı İlham Süleymanov “Qurani-Kərim”dən ayələr oxuyub, dualar edib, torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib, sonra iftar süfrəsi açılıb.
Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 11 nəfərdən 6 nəfər: - əsgər Allahverdiyev Sakit Şahin oğlu, əsgər Əliyev İlkin Bəxtiyar oğlu, Leytenant Məmmədov Məhəmməd Zakir oğlu, gizir Məmmədov Turan Nadir oğlu, gizir Mədətov Röyal Şahin oğlu və çavuş Kərimov Kamil Ələddin oğlunun medalları ailə üzvlərinə təqdim olunub. Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və birinci xanım prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
11 nəfərdən 5 nəfər Şəhidin ailələri müəyyən səbəblərdən tədbirdə iştirak edə bilmədiyinə görə, yaxın günlərdə onların medalları ailələrinə çatdırılacaqı bildirilib.
ATİA.AZ saytı olaraq bizdə öz növbəmizdə, Şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıya görə başda Ali Baş Komandan İlham Əliyev Cənabları olmaqla rayon icra rəhbərliyinə təşəkkür edirik.
Allah orucunuzu qəbul etsin.
Elnur Quliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər