"Qazax müəllimlər seminariyası təhsil tariximizin bir başlanğıc nöqtəsidir" desək yanılmarıq.
Yüzlərlə ziyalı yetişdirmiş Qazax müəllimlər seminariyası 1918-cı ildə Qoridən Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Bu tədris ocağının Qazax şəhərinə köcürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin böyük xidmətləri olmuşdur.
Qazax Seminariyasında - Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, Mirqasım Əfəndiyev və s. kimi görkəmli ziyalılar təhsil almışlar.
Hörmətli ziyalımız Hafiz Müəllim bizim üçün müqqədəs olan elm təhsil ocağının yenidən işıqlanması kimi məsuliyyətli işi öz üzərinə götürdüyü üçün Qazaxlılar adından dərin minnətdarlığımızı bildiririk.
Qazax Müəllimlər Seminariyası ADA Universiteti tərəfindən bərpa edilərək yenidən öz tarixi missiyasını davam edəcək.
ADA Universiteti ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək vermək məqsədilə “Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində illərlə topladığı beynəlxalq qabaqcıl elmi-pedaqoji təcrübəni bölgələrdəki məktəblərlə və müəllimlərlə bölüşəcək.
Universitetin müəllimləri yerlərdə məktəblərlə işləyib, buradakı aparıcı müəllimləri seçib ixtisasartırma üçün ADA-ya gətirəcək. Həmin müəllimlərin bir qismi ABŞ paytaxtı Vaşinqtonda yerləşən ADA Universitetində təhsil ala biləcəklər. Məqsəd nümunəvi təcrübələri yaymaq, peşəkar müəllimlər yetişdirmək, vətəndaşlıq və sosial məsuliyyət hissini daha dərindən aşılamaqdır.
Biz Qazaxlılar bir daha Bu gözəl təşəbbüsü alqışlayır, bu işdə başda Hafiz Paşayev olmaqla, əməyi keçən hər kəsə öz dərin təşəkkür və minnətdarlığımızı bildirirk.
Orxan Səfərli
Bölməyə aid digər xəbərlər