Daha bir məktəbdə koronavirus aşkarlanıb ... - QAZAXDA...

Qazax rayon Daş Salahlı kəndi,  Şahin Cəbiyev adına 2 saylı orta  məktəbdə koronavirus aşkarlanıb .

Bu barədə məktəbin direktoru Ulduz Mancanovla əlaqə saxladıq . Məktəb direktoru  bildirdi ki  məktəbdə  bir nəfər müəllimdə koronavirus xəstəliyi aşkarlanıb, həmin müəllim hal hazırda müvəqqəti olaraq  məktəbə buraxılmır. 
Bundan əlavə direktor qeyd etdi ki, məktəbdə təhsil alan iki şagirdin valideyinlərində də koronavirus aşkarlandığı ücün həmin şagirdlər də  məktəbə müvəqqəti olaraq buraxılmayacaq.

Ulduz Mancanov onuda bildirdi ki , "Koronavirus xəstəliyinə tutulmuş müəllimin dərs dediyi şagirdlər, Covid-19 analiz testindən keçirilib yaxın günlərdə test cavabı cıxacaqdır.
 Bu barədə hələlik bir məlumat deyə bilmərəm, analizin cavabı cıxdıqdan sonra dəqiq məlumat verə bilərik ....." 

Məlumata görə bu barədə  aidiyyatı qurumlara məlumat verildikdən dərhal sonra  məktəbdə dezinfeksiya işləri aparılıb . 


Elnur Quliyev, ATİA.AZ


Tarix: 11-03-2021, 16:33 Oxunub: 580


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930