11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Oxumaq qazandırır, kitab oxuyaraq 12 000 AZN qazan - Dünyada ilk!

İnteraktiv oyuna qeydiyyatın bitməyinə az qaldı! Azərbaycanın intellektual dünyasına böyük bir yenilik gəldi!

Dünyada ilk dəfə kitabı interaktiv formatda oxuyaraq qazanmaq şansını əldə edə biləcəyiniz “Oxumaq qazandırır” layihəsinin başlamasına az qaldı. Bu 30 000 AZN mükafat fondu olan oyunda kitabsevərlər və məntiq oyunlarına maraq göstərənlər üçün əsl intellektual macəra təklif edilir!

Müsabiqəyə qatılmaq çox asandır:
1. Oenva.az saytında qeydiyyatdan keçərək şəxsi profilinizi yaradın.
2. iTicket.az üzərindən “Oxumaq qazandırır” biletini alın və oenva.az saytında biletinizin doğruluğunu təsdiqləyin.

Yarışmanın qaydaları belədir: Siz “Avqust” adlı beş bölümdən ibarət, hər bölümü təxminən 30 səhifə olan ümumi 150 səhifəlik bir roman oxuyacaqsınız. Kitab almağa ehtiyac yoxdur, çünki “OENVA” MMC sizə romanı elektron yəni ebook formatında oenva.az saytında birinci bölümdən etibarən hər bölümü 72 saat fasilə ilə təqdim edəcək. Bu o deməkdir ki, sizə birinci bölüm təqdim olunacaq, 72 saatın sonunda 1-ci bölümə doğru cavab versəniz, növbəti bölüm təqdim ediləcək və beləliklə, 5-ci bölümə qədər bu qayda ilə yarışma davam edəcək.

Yarışma oktyabrın 16-sı saat 22:00-da başlayacaq və birinci bölümü 72 saat ərzində oxumaq üçün vaxtınız olacaq. Bölümləri oxuyub, tapmacanı həll etdikdən sonra cavabınızı oenva.az saytında “Cavabınız” bölməsinə yazaraq təqdim edəcəksiniz.

İlk 4 bölüm məntiqinizi sınamaq üçün nəzərdə tutulub. Bu bölümlərdə siz yalnız özünüzlə mübarizə aparırsınız. 72 saat ərzində hər bir bölümü oxuyub, tapmacanı həll etməlisiniz. Bu suallar üçün elmi-texniki biliklər tələb olunmur; cavablar romandakı hadisələrdən çıxarılır. Suallar hansısa səhifədə gizlədilmiş sözü tapmaqla bağlı deyil! Burada əsl dedektiv işi görməli, romandakı hadisələrin içində gizlənmiş sirri açmalısınız. Oenva.az saytında “Yarışın demo versiyası” da mövcuddur.

Siz bu nümunə əsasında yarışa qoşularaq qaydalarla daha yaxından tanış ola bilərsiniz – tamamilə ödənişsizdir. İlk 4 bölümü uğurla tamamlayan iştirakçılar 5-ci, yəni final bölməsinə keçid edəcəklər. 5-ci bölümdə ilk 5 düzgün cavabı tapan iştirakçı yüksək məbləğdə pul mükafatı qazanacaq.

Mükafatlar nələrdir?
- 1-ci yer: 12,000 AZN
- 2-ci yer: 6,000 AZN
- 3-cü yer: 5,000 AZN
- 4-cü yer: 2,000 AZN
- 5-ci yer: 1,000 AZN

Yarışmanın sonunda nəticələrə əsasən ilk 1000 yerin sahibi olan iştirakçılar Xalq artisti Faiq Ağayevin iştirak edəcəyi mükafatlandırma konsertinə dəvət olunacaq. Konsert 3 noyabrda Park Bulvarın 4-cü mərtəbəsində yerləşən Hayal Kahvesində baş tutacaq.

Qeydiyyat 14 oktyabrda başa çatır, yarışma isə 16 oktyabrda başlayacaq. Cəmi 25 AZN ödəməklə iTicket.az üzərindən bilet alaraq, bu intellektual oyuna qoşulmaq fürsətini qaçırmayın. Unutmayın, bu, sadəcə bir oyun deyil - bu, bilik və məntiqinizi sınamaq üçün tarixi bir fürsətdir!

Oxuyun, düşünün və qazanmaq üçün şansınızı sınayın!

Əlavə məlumat üçün:
Whatsapp dəstək +994998884088
Rəsmi web sayt:  www.oenva.az
Instagram: @oenva.az


Tarix: 23-09-2024, 17:05 Oxunub: 243


Bölməyə aid digər xəbərlər