MSK növbədənkənar seçkilərə yekun vurdu

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 16-da keçirliən iclasında 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinə yekun vurub. İclasa MSK sədri Məzahir Pənahov rəhbərlik edib.

Toplantıda MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.


İclasda parlament seçkilərinin nəticələri haqqında MSK-nın protokolu tərtib edilib və qurumun bütün üzvləri tərəfindən imzalanıb təsdiqlənməklə seçkilərə yekun vurulub.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi, həmçinin, dərc olunması qərara alınıb.

Xatırladaq ki, 2024-cü il sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 990 namizəd iştirak edib.


Tarix: 16-09-2024, 15:03 Oxunub: 284


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31