11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Harris Trampı üstələyir

ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi Donald Trampa sorğu üzrə Corciya, Miçiqan, Nevada və Viskonsin ştatlarında üstün gəlir. CNN/SSRS sorğusuna görə, Pensilvaniyada hər iki prezidentliyə namizəd 47% səs yığır. 
 
Arizona ştatında isə Tramp Harrisdən 5% üstündür. Bundan əlavə, bütün əsas ştatlarda Tramp immiqrasiya siyasəti və iqtisadiyyat məsələlərində rəqibini, Harris isə demokratiya, abort və reproduktiv hüquqlar məsələlərində rəqibini qabaqlayır.
 
Sentyabrın 10-da baş tutacaq Tramp-Harris debatının yekun qaydaları artıq təsdiqlənib. Debat iki reklam fasiləsi ilə 90 dəqiqə davam edəcək və mikrofon yalnız danışmağa çağırılan siyasətçi üçün açılacaq. Cavab vermək vaxtı - 2 dəqiqə, dəqiqləşdirmə və ya aydınlaşdırma üçün əlavə 1 dəqiqə veriləcək.


Tarix: 5-09-2024, 17:07 Oxunub: 216


Bölməyə aid digər xəbərlər