Azərbaycanda abortların sayı rekord həddə çatdı: Məktəbyaşlı qızlar da var...

     Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı kəskin artıb.
Aparılan hesablama göstərir ki, abort etdirən qadınların sayı 2020-ci illə müqayisədə ötən il 35% və ya 12 min 158 nəfər artaraq 46 min 877-ə yüksəlib. Bu, indiyə kimi Azərbaycanda qeydə alınan ən yüksək göstərici olub.
    Məlumat üçün bildirək ki, abort etdirənlərin 5,2% və ya 2 428 nəfəri 15-19 yaşlılar olub. Bu yaşda abort etdirən qadınların sayı ötən bir il ərzində 87% və ya 1 129 nəfər artıb. Məktəbyaşlı qızlar arasında (15-17 yaş) abort etdirənlərin sayı isə son bir ildə azalıb. Belə ki, əvvəlki ildə 29 məktəbyaşlı qız abort etdirmişdisə, ötən il bu göstərici 16 olub.
   Onu da bildirək ki, məktəbyaşlı qızlar arasında abortların sayı ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort.
Müqayisə üçün son 14 ildə qeydə alınan abortların sayını təqdim edirik:


Tarix: 12-08-2022, 15:54 Oxunub: 453


Bölməyə aid digər xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930