Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib

Türkiyənin bir sıra bölgələrindən Azərbaycana 100 min ədəd ağac tingi göndərilib. Bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsindən bildirilib.
 
Məlumatda qeyd olunub ki, Azərbaycanla Türkiyə arasında köklü əlaqələr meşə təsərrüfatı sahəsində aparılan birgə işlərlə daha da möhkəmlənir.
 
"Azərbaycanla siyasi, iqtisadi və hərbi məsələlərdə əməkdaşlıq etməklə yanaşı, meşə təsərrüfatı sahəsində də uğurlu layihələr həyata keçirilir. Bu çərçivədə Əskişəhər, Konya, Mersin, Urfa və Sakarya regional idarələrinin tingliklərində istehsal edilən şotland şamı, Karaçam (larch), dəfnə, akasiya kimi müxtəlif növlərdən 100 min ədəd ting Azərbaycana göndərilib. Göndərilən tinglər Qarabağda, Bakıda torpağa qovuşacaq, qardaş ölkəmiz Azərbaycanın gələcəyinə təmiz nəfəs olacaq", - məlumatda vurğulanıb.


Tarix: 18-06-2024, 13:54 Oxunub: 279


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930