11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Gündən - günə möhkəmlənən əlaqələr" - Çingiz Məmmədov

      Türk dünyasının bir hissəsi olan Azərbaycan və Özbəkistan Respublikaları arasında tarixin sınaqlarından uğurla çıxmış, dərin     köklərə  malik   qardaşlıq və etibarlı dostluq əlaqələri durmadan inkişaf edir və gündən - günə möhkəmlənir. Çünki, Özbək və Azərbaycan xalqları əsrlər boyu həmrəylik və sülh şəraitində yaşamış, bir - birinə qardaş münasibəti bəsləmişlər. Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçildikdən sonra cari ilin 22 avqust tarixində   ilk dövlət səfərini məhz Azərbaycana etməsi  bir daha sübut edir ki, bu səfər ölkələrimizin  dostluq , qardaşlıq münasibətlərinin inkişafına yeni təkan verəcəkdir. Səfər çərçivəsində səmərəli görüşlər təşkil olunmuş, görüşlərdə ölkələrimizin qarşılıqlı fəaliyyətinin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edilmiş, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olunmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda çox mühüm və vacib məqamlara toxunaraq qeyd etdi ki, bizim qarşılıqlı fəaliyyətimizin təməlini məhz,  nəhəng mədəni zəmin təşkil edir. Əməkdaşlığımızın böyük tarixi əsasları mövcuddur. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz hər zaman bir - birimizin yanında olmuşuq və bir - birimizi dəstəkləmişik. Qarabağın bərpası işində də xarici dövlətin ilk hədiyyəsi məhz, Özbəkistandan oldu. Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olundu. Bu amil qardaşlıq, həmrəylik və dəstək nümunəsidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaqdır.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Əməkdaşlığın inkişaf dinamikasına gəlincə Mərkəzi Asiyanın ən böyük dövlətlərindən biri olan və sürətlə inkişaf edən Özbəkistan ilə              Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. 
   Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri               Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.
     Heç kəsə sirr deyil ki, iki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf etmişdir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapmışdır. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial – iqtisadi, ictimai və digər sahələrində də fəal iştirak edir.
     Bəli, bu gün Azərbaycanla dostluğa sadiq olan ölkələrdən biri də Özbəkistandır. Hazırda Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir. Əməkdaşlıq əlaqələrinin uğurunu təmin edən önəmli amillərdən biri də odur ki, Azərbaycan - Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident        Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez - tez görüşürlər. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Reallıq ondan ibarətdir ki, Azərbaycanın Özbəkistanla  gündən - günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli dərəcədə töhfələr verəcəkdir.

Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı


Tarix: 25-08-2023, 14:33 Oxunub: 400


Bölməyə aid digər xəbərlər