Bakıda yaralı qadın təcili yardım xərəyindən düşərək ölüb

    Bakının Suraxanı rayonunda yol qəzası zamanı yaralanan qadın xəstəxanada ölüb.
    Hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
    1952-ci il təvəllüdlü Rəhmanova Hilda Cavad qızı yolu keçərkən onu Nurlan Həşimovun idarə etdiyi "Opel" markalı avtomobil vurub. Qadın xəsarətlər aldığından 11 saylı Təcili Tibbi Yardım Stansiyası Hövsan filialının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib.
Hadisəni törətdiyi deyilən sürücü və H.Rəhmanovanın qohumları apa-ya bildiriblər ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə rentgen otağına apararkən xərək nasaz olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb. Yaxınları onu da qeyd edirlər ki, hadisə zamanı xəsarət alan Hilda Rəhmanovanın huşu özündə olub.
    Hazırda faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

APA


Tarix: 12-06-2023, 11:40 Oxunub: 416


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31