Bakı Sağlamlıq Mərkəzində uşağın ayağını sındırdılar: İş istintaqda…

  Bakı Sağlamlıq Mərkəzində rentgen aparatı ehtiyatsızlıqdan uşağın ayağını sındırıb. Bu barədə Reportyor.info-ya verilən məlumata görə, ayağı sınan Əhmədov Aslan tibbi mərkəzdə Fəridə adlı texnik tərəfindən döş qəfəsinin rentgen müayinəsi olunub.
Qan xərçəngi ilə mübarizə aparan azyaşlının növbətçi hematoloq həkimin göndərişi əsasında kimyadan ayaqları tutulduğu üçün texnik tərəfindən stulda oturdularaq rentgen edilməsi qərara alınıb.
Rentgen müayinəsi zamanı texnikin ehtiyatsızlığı nəticəsində rentgen aparatı uşağın ayağına düşüb. Halbuki uzanıq şəkildə də müayinə etmək olarmış.
Məlumata görə, hadisədən bir gün keçəndən sonra uşaqda güclü ağrılar başlayıb və martın 9-da Travmatologiya İnstitutunda həkim müayinəsinə aparılıb, rentgen olunub. Rentgen nəticəsində məlum olub ki, Bakı Sağlamlıq Mərkəzindəki aparat onun ayağını sındırıb.
Hazırda uşağın sol ayağı gipsə salınıb və bütün kimyaterapiyaları dayandırılıb. Faktla bağlı polis bölməsinə məlumat verilib, hadisə yerinə baş çəkilib, protokol tərtib edilib, izahat və ərizə yazılıb, istintaq aparılır.


Tarix: 14-03-2021, 13:58 Oxunub: 920


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930