"Patronaj xidmətinin universal proqressiv modeli" lahiyəsi Abşeron rayonunda öz missiyasını uğurla başa vurdu...

Bu gün Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş UNICEF-in texniki dəstəyi ilə Azərbaycanda "Patronaj xidmətinin universal proqressiv modeli" lahiyəsi Abşeron rayonunda öz missiyasını uğurla başa vurdu. Lahiyənin mahiyyəti ev ziyarətlərinə tətbiq edilmiş yeniliklər nəticəsində əhaliyə daha yüksək səhiyyə xidməti göstərilməsindən ibarətdir və beləliklə düşünürük ki, tibb işçilərinin lahiyə çərçivəsində əldə etdikləri təcrübələrin tətbiqi gələcəkdə Abşeron əhalisinə daha keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinə xidmət edəcəkdir. Bu önəmli və bir o qədər də mühüm lahiyənin həyata keçirilməsi üçün Abşeron rayonunu seçdikləri üçün səhiyyəmiz adından UNICEF, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinə öz dərin təşəkkürümüzü bildiririk.

Abşeron Rayon Mərkəzi Xəstəxanası



Tarix: 6-05-2022, 18:30 Oxunub: 501


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31