11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
KORONAVİRUSDAN QURTARMAQ ÜÇÜN DÜZGÜN YOL TAPILMALIDIR!!!

Bu ilin fevralında Azərbaycan ərazisində koronavirusa ilk yoluxma faktı qeydə alınanda gedişatın mürəkkəb tendensiya alacağı hesablanmırdı.
Müvafiq strukturlar: Nazirlər Kabineti yanında Operativ Qərargah, TƏBİB və Səhiyyə Nazirliyi tərəfindən görülən qabaqlayıcı tədbirlər də belə güman yaradırdı ki, infeksiyaya yoluxmanın qarşısı tezliklə alınacaq, kütləviləşməyəcək. Artıq martın əvvəlindən dərslərin dayanması, ilk İranla, sonra bütün qonşularla sərhədlərin bağlanması, apreldə isə fövqəladə rejimə bənzər sərt karantin tətbiq olunması böyük ümidlər doğurmuşdu.
Həqiqətən də mayda nəticə ürəkaçan idi: yoluxma minimuma enmişdi, tədricən ticarət mərkəzləri, restoran-kafelərin fəaliyyəti bərpa olunurdu, metro işinə başlamışdı, həyat axarına düşürdü.
 Lakin Operativ Qərargahla TƏBİB-in birgə tələskənliyi ucbatından (bunu özləri də sonralar etiraf etdilər) hədsiz yumşalma və açılım bumeranq effekti verdi, yoluxma kəskin artdı, vəizyyət pisləşdi.
Amma bu səhlənkarlığa, məsuliyyətsizliyə görə OQ və TƏBİB nə üzrxahlıq etdilər, nə də ciddi  tədbirlər həyata keçirməyə başladılar.
Yay mövsümünə gəlincə, əhalini istidə, boğanaqda evə qapadılar, bölgələrə və çimərliyə buraxmadılar, bunu bizim yaxşılığımız, sağlamlığımız üçün etdiklərinə izah verdilər.
Guya rayonlara və çimərliklərə gediş-gəlişə icazə verilsəydi, yoluxma üç qat artıq olacaqmış. Yalnız mövsümün sonuna yaxın çimərliklərə insanları buraxdılar ki, onda da hava şəraiti dəyişdi, sərinləşdi.
Lakin bu mənasız önləyici addımlar da insanların psixologiyasını pozmaqdan, yerli – yersiz cərimə olunmaqdan, işsizlik və maddi çətinlikdən savayı heç nəyə yaramadı. Beləcə Operativ Qərargah və TƏBİB xalqı barmağına dolamaqla yayı yola verdi.
Sentyabrın ilk günlərində vəziyyət stabil idi, müəyyən məhdudiyyətlər çərçivəsində proses nəzarətdə saxlanırdı.
Amma bir çox xidmət sahələrində işlər dayanmışdı, insanların əsəbləri tarıma çəkilmişdi. Çünki acı bağırsaq kim uzadılan karantin müddətinin əhalinin psixoloji ovqatına zərbə vurmaqdan başqa təsiri yox idi.
Virusoloqlar, Qərargahın üzvləri və TƏBİB rəsmiləri isə bir ucdan “payız dalğası”ndan danışır, noyabr-dekabr proqnozları verirdilər.
Buyurun, ilin sonuna çatmışıq, az qala 2 milyarda yaxın əhalisi olan Çində gündəlik yoluxma sayı 5-10 nəfərdir, bizsə pandemiyadan qurtula bilmirik.
  Buna səbəb infeksiyanın təbii olaraq yeni hücumunun başlamasıdırsa, digər tərəfdən  OQ və TƏBİB-in gördüyü tədbirlərin effektivizliyidir.
O zaman sual yaranır: martdan bəri tətbiq olunan karantin, iş yerlərinin bağlanması, ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyətin əhəmiyyəti nə olub?
Gəlin OQ-la TƏBİB-in, o cümlədən COVİD-19-dan da zərərli olan Səhiyyə Nazirliyinin atdığı addımların mənasızlığına baxaq:
Metro bağlanıb ki, yoluxma artmasın, avtobuslarda isə basabasdır və virusun yayılma arealı genişlənir.
Ticarət mərkəzləri, “Mall”lar işləmir, kafe-restoranlar həftənin 5 günü işləyir, iqtisadi fəsadından əlavə heç bir yenilik yoxdur, yoluxma yenə artır.
Həftəsonu bütün xidmət sahələrində iş dayanır, avtobuslar da yoxdur, yalnı market və apteklər açıqdır, hamı evə qapanıb, onsuz da soyuq hava şəraitinə görə əhali meydanlarda, parklarda gəzmir, amma yoluxma yenə artır.
Bundan əlavə, vətəndaşlar yoluxmaq qorxusundan, cərimələnməkdən ehtiyat edərək bilmərrə şəkildə maska taxırlar.
Əvvəlki aylarla müqayisədə indi tək-tük maskasız adam görmək olar. Amma bununla belə yoluxma və ölüm sayı azalmır ki, artır.
Beləcə: hər gün 3500-4000 insan yoluxur, hər gün 35-42 nəfər dünyasını dəyişir, palatalarda çarpayılar çatışmır, təcili tibbi yardımlar çağırışları resurs və operativlik baxımdan çatdırmır, ağır olmayan xəstələrə isə ambulator şəraitdə müalicə tövsiyə edilir.
Üstəgəl, onlara nəzarət mexanizmi çox zəif təşkil olunub və beləliklə, fevraldan bu yana yuxarıda sadaladığımız qadağalara baxmayaraq, xəstəlik durmadan güclənir, Operativ Qərargahla TƏBİB isə tamaşa edir.
Bəs, bu karantin tədbirlərinin mənası nədən ibarət idi? Əgər yoluxmanın qarşısını almaq hədəflənmişdisə, haradadır yoluxmada azalma? İnsanlara işgəncə vermək, psixologiyasını korlamaq kimə, hansı qurumlara lazımdır?
Madam ki, karantin tədbirləri nəticə vermir, o halda İsveç modelinə keçək, hər yer açılsın, hamı yoluxsun, hər kəsdə virusa qarşı immunitet formalaşsın.
Yaxud da fövqəladə rejim elan olunsun, bir adam belə evindən çıxa bilməsin, epidemiya səngiyənə qədər tam izolyasiya şəraitində yaşayaq.
 Lakin bunların heç biri edilmir, acizlik nümayiş etdirilir, ətrafımızda isə COVİD-19 bəlasına yoluxmayanlar qalmır. Demək olar ki, hər kəsin tanıdıqları, qohum-əqrəbası arasında testi pozitiv çıxan insanlar var.
Yeri gəlmişkən, TƏBİB və Səhiyyə Nazirliyi koronavirus testlərinin götürülməsində də millətə məşəqqət yaşadır, taleyin ümidinə buraxır.
Belə ki, pulsuz test götürülməsindən az qala imtina olunur. Təcili tibbi yardım həkimləri tərəfindən götürülən testlər cavabı 3-5 gün sonra verilir. TƏBİB və Nazirlik bəhanə gətirə bilər ki, gündəlik müraciət çoxdur, çatdıra bilmirik.
Amma onların borcudur ki, vaxtında vətəndaşa məlumat versinlər. Bu zaman kəsiyində xəstə COVİD-19 olub-olmadığını bilmədən müalicə alır.
Ona görə vətəndaş məcbur qalaraq özəl klinikalara müraciət edir. Özəl tibb mərkəzlərində testin cavabı həmin gün verilir, amma qiyməti 90-120 manat arası dəyişir.
Nəticədə testi pozitiv çıxan xəstə əvvəlcə 120 manat xərcə düşür, daha sonra 300-500 manatlıq müalicə kursu keçir, xeyli müddət işsiz qalır və bir ailə böyük fəlakətlə üzləşir. Hətta bir ailədə iki nəfər yoluxanda onların iqtisadi vəziyyətini təsəvvür etmək olmur – dəhşət!
Amma bütün bunlar nə NK yanında Operativ Qərargahı, nə TƏBİB-i, nə Səhiyyə Nazirliyini maraqlandırmır.
Onların missiyası hər dəfə karantin müddətini uzatmaq barədə qərarı açıqlamaq və gündəlik yoluxma sayını elan etməkdir.
Halbuki, vaxtında ölkəboyu tibbi sığorta ilə təmin olunsaydıq, insanların müalicə, maddi imkanlar və düzgün müayinə problemi olmazdı.
Necə ki, Türkiyə, Avropa ölkələri tibbi sığortanın ideal və mükəmməl faydalarından yararlanırlar.
Əfsus ki, bizim Səhiyyəmiz və əhalinin sağlamlığı  Şirəliyevlərin, Bayramlıların ümidinə buraxılıb.
  Özünüzdən muğayat olun!   Çalışın xəstələnməyin!


Tarix: 12-12-2020, 14:08 Oxunub: 642


Bölməyə aid digər xəbərlər