Fatimə Nuriyeva 2011-ci ildə Balakən rayonu Katex kəndində anadan olub.
Hal-hazırda Katex kənd 3 saylı tam orta məktəbin 6-cı sinfində təhsil alır. Əlaçıdır.
Ədəbiyyata marağı var, gözəl esselər, hekayələr yazır. Onun bir hekayəsini sizə təqdim edirik:
Qana bulanmış əlcəyimi əlimdən çıxararaq ağır addımlarla irəliləyib maraqlı gözlərlə mənə baxıb səbirsizliklə nə deyəcəyimi gözləyən ümid dolu ailəyə nəzər saldım. Aralarında dayanan kiçik qızcığaza dolmuş gözlərlə baxırdım, elə o an istəmsiz şəkildə gözlərimdən yaş axdı...
Kiçik qız gözlərimə o qədər kədərli, o qədər məyus baxırdı ki! Ancaq onun gözlərində kiçik bir parıltı, kiçik bir ümid hiss olunurdu. Özümü bir şəkildə toplayıb zorla " başınız sağ olsun " dedim. Dediklərimi eşidən anda kiçik qızın gözlərindəki parıltı söndü. O, ümid dolu gözlərin yerini dərin kədər aldı və budur, onun yanaqlarından yaş süzülür. Kiçik qızın gözlərindəki o kiçik işığın söndüyünü gördüyüm an... Kiçik qız sanki qərq olmuşdu qaranlığa. Bir anın içində onun rəngi ağarmışdı. Əvvəlki qızcığaz yox idi qarşımda. Tamamilə başqa birisi almışdı sanki onun yerini. Artıq özümü tuta bilmirdim. Kiçik qızı gördükcə məni qorxunc bir vicdan hissi bürüyürdü. Bu hissi necə dəf edəcəyimi ondan necə qurtulacağımı bilmirdim. Zehnimdə sadəcə kiçik qız var idi. Onun gözləri... Bir anda yoxa çıxan ümidləri... Bunların hər birindən özümü cavabdeh hiss edirdim. Bunun səbəbi nə idi? Niyə özümü belə hiss edirdim?
Bunlara baxmayaraq öz peşəmi çox sevirdim. Həkim olmaq kiçik yaşlarımdan bəri xəyalım idi. Buna nail olmağı o qədər çok istəyirdim ki... Nail olmuşdum da... Amma bəzən Allahın yazdığı tale qarşısında həkimin aciz qalacağı heç ağlıma gəlməmişdi....
Fatimə Nuriyeva,
6-cı sinif şagirdi
Bölməyə aid digər xəbərlər