Fatimə Nəbiyeva Balakən rayon Katex kənd 3 saylı tam orta məktəbin 6-cı sinif şagirdidir. Ədəbiyyata marağı var, gözəl hekayələr, esselər yazır. Onun yazdığı esselərdən birini sizlərə təqdim edirik:
"Hərbçi olmaqdır arzum... O körpələrin , qocaların, cavanların qisasını almaq üçün... Onlar orada şəhid olarkən mən aldığım hər nəfəsdə ölürəm.
Əgər ermənilərdə bir az insanlıq duyğusu olsaydı, belə etməzdilər. Amma yoxdur...
Mən şəhid olanda ölməyəcəyəm ki... Şəhid olacağam. O zaman məni sevməyənlər peşman olacaq... Güldünüzmü? Gülməyin. Sizə mümkünsüz kimi görünə bilər, amma hamısı gerçəkdir.
Baş üstündə qürurla tutduğumuz müqəddəs rəsmlərdən bizə baxan gənc oğullar dostluq üçün, qardaşlıq üçün yaşar, Vətən üçün ölər... "Savaşda silahın olmasın, dostun yanında olsun" - demişlər. İgidlərin hər biri digərinə dəstək olur, gözünü qırpmadan Vətənə canını qurban verir. Siz də gözlərinizin şahidi oldunuz... Həmişə də belə olacaq: hər birimiz digərimiz üçün canımızı verəcək, digərimiz ac qalmasın deyə çörəyimizi paylaşacağıq. Yoldaşlarımız çox yatsın deyə biz az yatacağıq. Bəli, bunların hamısı gerçəkdir. Bir düşünün dediklərimi... O şəhidi yadınıza salın... Onun sənin, mənim, bizim üçün etdiyi fədakarlığı... Biz belə qəhrəman millətik!
Gəlin, birlik olaq , artıq şəhidimiz olmasın.
Dünən bu gözlərlə şəhid gördüm- şəhid Sərxan Köklərov evli və üç uşaqlı idi. Övladları bizim kimi körpədirlər.... Bir düşünün, müharibə olmasaydı, onlar da yetim qalmazdı.
Müharibəyə son!!! Daha analar gözüyaşlı, atalar beli sınıq, balalar boynubükük qalmasın. Allah güclü ölkəmin gücünə güc qatsın, rəşadətli Azərbaycan ordusuna eşq olsun!!!"
ATİA.AZ saytının yaradıcı kollektivi adından gənc FATİMƏ NƏBİYEVAYA daha böyük uğurlar arzu edirik!!!
AYGÜN SADİQ,
ATİA.AZ
Bölməyə aid digər xəbərlər