11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Sevgi şeirlərim ancaq təxəyyülün məhsuludur" - AYGÜN SADİQ

ATİA.AZ-ın studiyasında gənc, çılğın, ilk baxışda bir az küsəyən, hər bir sözə tez reaksiya verən təsəvvürü yaradan bir xanımla görüşdük. Bu xanım "Məhsəti Şairlər Birliyi", "Türkmən Ədəbiyyatçılar Birliyi"nin üzvü, "Dünya Gənc Türk Yazarlar Birliyi"nin bölgə koordinatoru, gənc yazar  Aygün Sadiq idi. 
Aygün Fəxrəddin qızı Məmmədhəsənova Balakən rayonu Katex kənd 1 saylı orta məktəbini bitirib. Şagirdlik illərindən yaradıcılığa başlayan Aygün artıq 4-cü sinifdən məktəbin bütün tədbirlərində, ədəbi məclislərdə iştirak edirdi. Müəllimləri onun istedadını hiss edərək,  parlaq gələcəyinin olacağına inanırdılar. Orta məktəbdən sonra Bakı Azərbaycan Universitetinin Filologiya fakültəsinə daxil olan Aygün xanım tələbəlik illərində də öz bacarığı ilə daim fərqlənməyi bacarırdı. Universiteti bitirdikdən sonra Balakən rayonu Katex kənd 3 saylı məktəbdə "Azərbaycan dili və ədəbiyyat" ixtisası üzrə müəllim işləyib. Bütün bu dövr ərzində böyük uğurlara imza atan gənc yazar müxtəlif qəzet və jurnalların diqqətini cəlb etmiş, bir çox janrlarda yazıları dərc olunmuşdur.
Ümumiyyətlə 2015-ci ildən mətbuatda mütəmadi dərc olunan şairənin 2018-ci ildə "Güzgüdə kim var?" adlı seir və hekayələr kitabı işıq üzü görüb.


Təbiət vurğunu olan qonağımızla müsahibəni də (əslində müsahibə yox, səmimi söhbət) açıq havada reallaşdırdıq. 
Səmimi söhbət əsnasında bu xanımın nə qədər vətənpərvər, türkpərəst olduğunun bir daha şahidi olduq. 44 günlük Vətən Müharibəsi dövründə nəinki sevgi seirləri yazmaq, hətta sevgi seirləri paylaşan sosial şəbəkə dostlarını belə "BLOK" edən Aygün xanımın çox dərin, mənalı bir daxili aləmi var. Aygün Sadiqlə söhbət edərkən insan özünü tamamilə başqa bir aləmdə hiss edir, o qədər səmimi, qəlbinin dərinliyindən süzülüb gələn, odlu, alovlu hisslərini peşəkar natiqlik bacarığı ilə ifadə edir ki, adam istər-istəməz bir anlıq özünü "Aygün Dünyasında" hiss edir.
Aygün Sadiq "NATƏVAN-2020" və ""NİZAMİ GƏNCƏVİ-2021" mükafatlarına layiq görülüb. 
Qonağımızla olan səmimi söhbətdən bir parçanı oxucularımıza çatdırmaq istəyirik.

Bir daha ATİA.AZ saytı adından Aygün xanıma can sağlığı və daha böyük uğurlar arzulayırıq.


Tarix: 3-08-2021, 10:49 Oxunub: 2 219


Bölməyə aid digər xəbərlər