Bu günlərdə qələm dostumun tanış olmağım üçün mənə verdiyi kitab dərin marağıma səbəb oldu. Qazax rayonunun Bala Çaylı kənd sakini, daxili böyüklüyünə, daim qəlbində vətən, ana, torpaq sevgisini yaşadan, sağına-soluna diqqət edən, sözünü qiymətdən salmayan, hamının hörmətlə yanaşdığı el ağsaqqalı Zafir Bənnayevin “Yurda sevgi məktubu” adlı kitabı kənd həyatında yeni səhifə açdı.
Müəllif kitabda doğulduğu kəndin tarixindən başlayaraq, bu günə olan mövcud vəziyyətini qələmə alıb. Kitabda uşaqlıq illərində baş verən xoş və acı xatirələri də qeyd edilib. Xüsusən vaxtilə Kommuna kəndi kimi tanınan bu elin qurucusu Məmməd Nuriyevin (Nuruoğlu Məmməd baba) kənd camaatının rifahı naminə kənddə gördüyü işlərdən, onun əzmkarlığı sayəsində kənddə bir sıra infrastrukturları necə yaratmasından söz açılmışdır.
Zafir Bənnayev həmin tarixi kitabı qələmə almaqla kimlərinsə unutduğu hadisələri də yada salmış, hər bir insanın doğulduğu torpağa, yaşadığı məkana necə qiymət verməsini kövrək ifadələrlə göstərmişdir.
Kitabda kəndin inkişafında zəhməti olan elm, mədəniyyət və zəhmət sahəsində tanınmış insanlarının, kənd şəhidlərinin qısa xronikası verilmiş, onlara olan dövlət qayğısından bəhs edilmişdir.
Kitabın müəllifi Zafir Bənnayev bu kitabı yazmaqla gələcək nəslin yaddaşına da xoş xatirələr, keçmişimizə və gələcəyimizə necə hörmətlə yanaşmaq kimi tərbiyəvi məsələlər aşılamışdır.
Müəllifə yaradıcılıq işlərində uğurlar, can sağlığı arzulayırıq.
İlham Hacalı
Bölməyə aid digər xəbərlər