Laçında Məhəbbət Kazımov anılacaq

İyulun 27-də Laçın şəhərində Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə təşkil olunacaq. Tədbir Laçın şəhərinin Həkəri bulvarında, açıq havada baş tutacaq.

Ədəbi-bədii gecədə müğənninin ailəsi, sənət dostları, söz adamları və Beynəlxalq Muğam Mərkəzinin solistləri iştirak edəcəklər.

Tədbirdə müğənni haqqında xatirələr söyləniləcək, ifa etdiyi mahnılar səsləndiriləcək, Azərbaycan Dövlət Televiziyasının arxivlərində qorunan nadir videokadrlar nümayiş olunacaq. Həmçinin səhnənin yanında Məhəbbət Kazımovun şəxsi əşyalarının sərgiləndiyi xüsusi guşə yaradılacaq.
 
“Məhəbbətlə...” adlı gecə ənənəvi xatirə gecələrindən fərqlənəcək. Belə ki, burada süni intellektdən istifadə olunacaq və müasir aranjimanlar təqdim ediləcək.


Tarix: 20-07-2024, 15:19 Oxunub: 2 917


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930