23 yaşlı qadın öldürüldü - Qaynı tutuldu

Avqustun 9-da saat 12:30 radələrində Sumqayıt şəhəri ərazisində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov saxlanılıb. İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
 
Faktla bağlı araşdırma aparılır.


Tarix: 9-08-2024, 12:54 Oxunub: 300


Bölməyə aid digər xəbərlər
21-12-2022, 10:57 Ər arvadını öldürdü


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930