11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
İran-İsrail arasında vasitəçilik: Azərbaycan üzərinə düşən məsuliyyəti yerinə yetirəcək

Aprelin 14-nə keçən gecə İran İsrail ərazisinə 300-dən çox pilotsuz uçuş aparatı və raketlə hüvum edib. İran bunu aprelin 1-də Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olduğunu bildirib. İsrail buraxılan raket və PUA-ların 99%-dən çoxunun məhv edildiyini deyir. ABŞ tərəfindən 80-dən çox PUA və 6 raket vurulub.
 
Qərb mətbuatı yazır ki, İsrail İrana cavab verməyəcək. Ancaq İsrail ordusunun rəsmiləri yeri və zamanı gələndə İrana zərbələr endiriləcəyini deyir.
 
Qeyd edək ki, İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.
 
Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu açıqlayıb. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Həmçinin qeyd olunub ki, vurulan bina SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur. Tehran hücuma görə qisas alacağını bəyan etmişdi.
 
Şübhəsiz ki, İranın İsrailə hücumu Yaxın Şərqdə yeni vəziyyətin yarandığını göstərir. İranın birbaşa İsrail ərazisinə birbaşa hücumu Cənubi Qafqaz ölkələrini də maraqlandırır. Azərbaycanın İsrailin tərəfdaşı, İranın qonşusu olaraq gərginliyi azaltmaqda vasitəçi də ola biləcəyi barədə müzakirələr aparılır.
 
"Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünü tanıyır"
Məsələ ilə bağlı danışan Milli Məclisin Azərbaycan-İsrail Parlamentlərarası İşçi Qrupunun üzvü Arzu Nağıyev bildirib ki, olayların yekununun necə olacağının sual altında olduğunu bildirib:
 
"İranla İsrail arasındakı gərginlik pik həddə çatıb. Səbəb Suriya ərazisində fəaliyyət göstərən İran konsulluğunun vurulması, nəticədə konsulluk əməkdaşların həyatlarını itirməsidir. İran Həmas və Hizbullahı, onların İsrail əleyhinə addımlarını daim dəstəkləyən ölkədir. İran İsrailə qarşı raketlərdən, PUA-lardan istifadə edib. Bununla ciddi nəticə əldə edə bilmədi. Lakin ABŞ İsrailə cavab atəşi açmamaq üçün məsləhət verib. Olayların necə yekunlaşacağı hələ sual altındadır. Bu məsələlərdən qabaq həm region, həm də digər ölkələrdən İran və İsrail PUA və ballastik raketləri vurmaq üçün hava məkanlarını bağlı saxlamalarını istəmişdi. Buna baxmayaraq, Misir, İordaniya kimi ölkələr daim hava məkanlarını açıq saxlayırdı. ABŞ və Böyük Britaniya hava hücumundan müdafiə qüvvələri İranın raketlərini sıradan çıxarırdı".

A.Nağıyev Azərbaycan hava məkanından və qurudakı strateji limanlardan qonşulara qarşı heç vaxt istifadə edilməyəcəyini söyləyib:
 
"Qonşu dövlətlərə gəldikdə, hərənin öz baxışı var. Azərbaycanın hava məkanından, qurudakı strateji əhəmiyyətli hava limanlarımızdan heç vaxt qonşulara qarşı istifadə olunmayacaq. Yəni İsraillə İran arasında müharibənin getməsinə baxmayaraq, Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünü tanıyır. Bir tərəfdə dostluq əlaqələrimiz olan İsrail, digər tərəfdə qonşumuz İran var. Azərbaycan heç vaxt hava məkanından, yaxud quru limanlardan istifadəyə imkan verməyib. İranda milyonlarla azərbaycanlılar yaşayır. İrana qarşı addım atılarsa, həmin azərbaycanlıların sərhədi keçib Azərbaycana gəlmə ehtimalı yarana bilər. Bundan başqa, hər hansı problem hələki yaşanmır. Düşünürəm ki, böyük dövlətlərin İrana, İsrailə etdiyi xəbərdarlıqlarla problem öz həllini tapacaq. Çünki əvvəllərdə belə hadisələr olub. İran generalı Qasım Süleymaninin həlak olmasından sonra İran belə bir vasitəyə, yəni qisas almaq üçün əməliyyatlar həyata keçirib, işi bitmiş hesab etmişdir".
 
"Azərbaycan öz üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirəcək"
Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Aydın Mirzəzadə Azərbaycanın məsələyə münasibətinin dünyada hörmətlə qarşılandığını deyib:
 
"Dövlətimiz dünən məsələyə münasibət bildirdi. Onun münasibəti dünya tərəfindən müsbət qarşılandı. Azərbaycan vəziyyətdən narahat olduğunu bildirdi və tərəfləri təmkinli olmağa çağırdı. Çünki İran qonşumuzdur. Aradakı müəyyən gərginliyə baxmyaraq İranla normal qonşuluq qurmaq istəyimiz gündəmdədir. İsraillə Azərbaycanın sıx əlaqələri var. Bir-birimizin dövlət maraqlarımıza hörmətlə yanaşırıq".
 
Deputat təhlükənin sovuşmadığını qeyd edib:
 
"Vəziyyət gərgin olaraq qalır. Təhlükə hələ də sovuşmayıb. Hər iki tərəfdən hücumlar mümkündür. İnsan tələfatı olmasa da, bu olaylar onsuz da regionda mövcud olan gərginliyə prespektivdə müsbət  heç nə vəd etmir. Bununla yanaşı beynəlxalq birlik, böyük güclər bu məsələ ilə məşğuldur. Ölkə başçıları, siyasətçilər hər iki tərəfin bir-birinə hücum etməməsi üçün işlər aparırlar. Hesab edirəm ki, belə olacaq. Çünki qarşıdurma, müharibə yaxşı nəsə vəd etmir".

A.Mirzəzadə söyləyib ki, Azərbaycan da öz üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirəcək:
 
"Azərbaycanın məsuliyyəti tərəfləri təmkinliliyə çağırmaq, diplomatik kanallarla gərginliyi aradan qaldırmağa çalışmaq, böyük dövlətlərin səylərinə dəstək verməkdir. Eyni zamanda Azərbaycan öz mövqeyi ilə regionda sabitliyi qoruyub saxlaya biləcək bir ölkə olduğunu göstərməlidir. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə uğurlu olacaq".


Tarix: 15-04-2024, 13:46 Oxunub: 556


Bölməyə aid digər xəbərlər