21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Gəlin öldürüldü, qaynı saxlanıldı

Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 
 
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qaynı 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. 

Araşdırmalarla 1995-ci il təvəllüdlü Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Azər İbrahimov iş üzrə  şübhəli şəxs qismində tutulub.


Tarix: 5-08-2024, 13:01 Oxunub: 215


Bölməyə aid digər xəbərlər
10-02-2021, 19:57 Rauf Həsənov həbs edildi...