21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
30 məktəb direktoruna xəbərdarlıq edildi - 5-i işdən çıxarıldı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir. Bu barədə agentlikdən məlumat verilib. Bildirilib ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır.

Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib.


Tarix: 5-07-2024, 20:58 Oxunub: 187


Bölməyə aid digər xəbərlər