(Abşeron rayon Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru AFƏT CAMALOVANIN yeni direktorlara tövsiyyələri...)
Məktəb direktoru müəssisənin idarəetmə sisteminin, təlim-tərbiyə prosesinin düzgün qurulmasını təmin edən cavabdeh şəxs, müasir liderlik keyfiyyətlərinə malik rəhbər, bir sözlə məktəbin siması olmalıdır. İşini düzgün idarəetmə strukturuna əsaslanaraq qurmağa çalışan məktəb direktoru ilk növbədə rəhbərlik etdiyi müəssisənin zəif cəhətlərini, çatışmamazlıqlarını üzə çıxarmalı, hədəf və məqsədlərinə nail olmaq yolunda müəyyən addımlar atmalıdır.
1999-cu ildən başlayaraq Azərbaycan Respublikası təhsil islahatlarına başlamış, bu istiqamətdə görülən işlər özünü effektiv şəkildə doğrultmaqdadır. Bu islahatlar sırasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 24 oktyabr 1993-cü ildə dünya ölkələri arasında aparıcı mövqe tutan təhsil sistemini formalaşdırmaq məqsədi ilə imzalanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"dır. Strategiyanın tətbiq edilməsi təhsil müəssisələrində qarşıya çıxan çətinliklərin həll edilməsi yolunda atılan addımlardan ən önəmlisidir. Məktəblərdə rəhbərlərin qarşısına çıxan çətinliklər, ümumilikdə təhsil müəssisəsinin probleminə çevrilir, bunlar müxtəlif müəssisələrdə müxtəlif formada təzahür edir. Bu çətinliklərin bir qismini daha çox təzahür etdiyi istiqamətlər üzrə ümumiləşdirərək aşağıdaki qaydada müəyyən etmək olar:
1. Məktəbdə “Ümumtəhsili məktəbinin Nümunəvi Nizamnaməsinin “əsasında tərtib edilmiş fərdi Nizamnamənin olmaması.
2. Müəllimlərin peşəkarlıq səviyyəsinin günün tələblərinə cavab verməməsi.
3. Məktəbdə şagird-müəllim münasibətlərinin günün tələblərinə uyğun qurulmaması.
4. Məktəbdə psixoloji işin yetərli olmaması.
5. Məktəblərdə məktəbdənkənar fəaliyyət sisteminin təşkilati zəifliyi, məktəbdaxili nəzarət sisteminin olmaması.
İlk növbədə məktəbin idarə edilməsində, pedaqoji-psixoloji prosesin təşkilində, müəllim-şagird-valideyn davranış qaydalarında, fənn metodbirləşmələrinin yaradılması, metodiki işlərin təşkili, məktəb-valideyn komitəsi və digər kollegial orqanların məktəbin inkişafına xidmət edəcək fəaliyyəti məktəbin Nizamnaməsində öz əksini tapır. Beləliklə də məktəb fəaliyyətinin ardıcıl olaraq sistemli şəkildə təşkili - hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, monitorinqlərin aparılması prinsiplərinə əməl edilərək fərdi məktəb nizamnaməsinin hazırlanması əsasında həyata keçirilir.
Müasir günümüzdə ən böyük çətinliklərdən biri də müəllim peşəkarlığının günün tələblərinə cavab verməməsidir. 2022-ci il 30 avqustdan başlayaraq mərhələli şəkildə keçirilən sertifikasiya imtahanlarının əsas mahiyyəti müəllimərin peşə yararlılığı, müəllimlərin peşəkar səviyyəsinin müəyyən olunmasına xidmət göstərir. Sertifikatlaşdırmadan müvafiq keçid balını toplamayan müəllimlər bir il ərzində müxtəlif kurslara, təlimlərə cəlb olunacaqlar. Düşünürəm ki, bu təşəbbüs nəticəsində qısa müddət ərzində müəllimlərin peşəkarlıq səviyyəsi əvvəlki illərə nisbətən artacaq, mövcud problem müsbət istiqamətdə öz həllini tapacaq. Əgər mənə etimad göstəriləcəksə, rəhbərlik etdiyim məktəbin qabaqcıl müəllimləri ilə birgə məktəbdaxili təlimlər təşkil etməklə pedaqoji-psixoloji bilik və bacarıqların yüksəldilməsinə çalışacağam.
Məktəb psixoloqunu bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tabe olduğum rayon üzrə fəaliyyət göstərən digər müəssisələrin psixoloqları ilə əməkdaşlıq etməsi üçün şərait yaradardım, həmçinin məktəbin direktor müavini, təçkilatçı müavin, UTBR-i, sinif rəhbərləri ilə birgə məktəb psixoloqunun əməkdaşlıq etməsi və bununla da hər bir şagird üçün psixoloji pasport hazırlanmasına, şagirdlərlə vaxtaşırı dialoqların keçirilməsinə nail olmağa çalışardım. Məktəbdə, nəinki tədris ilinin əvvəlində, eləcə də, vaxtaşırı olaraq bilik yarışları, viktorinalar, dekadalar təşkil etmək, o cümlədən şagirdlərin idman sahəsinə göstərdiyi marağı nəzərə alaraq bu istiqamətdə istedad və bacarıqlarını üzə çıxarmağa nail olardım.
Elə başa düşürəm ki, məktəblərdə əsasən iki istiqamətdə şagirdlərin istedad və bacarıqlarını üzə çıxarmaq mümkündür:
1. Ayrı-ayrı fənlər üzrə biliklərin aşkar edilməsi.
2. İdman və incəsənət sahəsi üzrə istedadların müəyyən olunması.
Dərs ilinin əvvəlindən məktəbin fəaliyyət və tədbirlər planının hazırlanması il boyu görüləcək işlərin; monitorinqlər, sorğular, dərsdinləmələr vasitəsilə tədris ili boyunca qarşıya qoyulan vəzifələri səmərəli formada həyata keçirmiş olardım.
Direktoryanı müşavirədə, pedoqoji iclaslarda həyata keçiriləcək fəaliyyətin nəticələrini müzakirə edərdim, düzgün qərarların qəbul edilməsi üçün analizlər və təhlillər aparardım. Müəllim işlədiyim dövrdə əldə etdiyim təcrübə bunu deməyə əsas verir ki, hüquqlarımızı bilməklə, qanun aliliyi, şəffaflıq prinsiplərinə düzgün əməl etməklə liderlik keyfiyyətlərinə malik güclü rəhbər olaraq fəaliyyət göstərmək mümkündür. Mənə etimad göstərilsə, ilk növbədə direktor təyin olunduğum məktəbin ərazisinə yaxın yaşayan icmanın, yerli icra orqanlarının işçiləri ilə əməkdaşlıq etməklə məktəb-valideyn münasibətlərinin qurulmasına, valideynlərin məktəbdə təşkil olunan iclaslarda, tədbirlərdə fəal iştirakına nail olmağa çalışardım.
AFƏT CAMALOVA,
Abşeron rayon Mehdiabad qəsəbə
3 nömrəli tam orta məktəbin direktoru
Bölməyə aid digər xəbərlər