Bakıda yeniyetmə elektron qəlyana görə 90 ay həbsdə qalacaq

Bakıda tələbə yoldaşını bıçaqlayan yeniyetmənin məhkəmə prosesi başa çatıb. İşə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin 1-ci kurs tələbəsi, 2008-ci il təvəllüdlü Namiq Quliyev (ad-soyad şərtidir) 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

Cinayətə isə elektron qəlyan üstündə düşən mübahisə səbəb olub. Belə ki, Namiq Quliyev dərs zamanı çəkməsi üçün elektron qəlyanı qrup yoldaşı Bağır Məmmədova (ad-soyad şərtidir) verib. Bağır isə dərsdən sonra qəlyanı qaytarmayıb. Bu isə yeniyetmələrin mübahisəsinə, sonda Bağırın üç bıçaq zərbəsi almasına səbəb olub.

Bağır Məmmədov məhkəmədə qrup yoldaşını bağışlamayıb, ona cəza verilməsini xahiş edib. “Elektron qəlyanı sahibinə niyə qaytarmadın?” sualına isə “yadımdan çıxdı” cavabını verib.


Tarix: 18-05-2024, 12:47 Oxunub: 259


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930