“Qanun şahdır, şah qanun deyil” kəlamı da onu həyata keçirən məmurların bəzilərinin dilində adi bir şeirin misrasına çevrilib. Qanunlarımızı pozan bəzi notarius, hətta məhkəmə orqanlarının əməkdaşları belə çox vaxt layiqli cəzalarını almırlar. Ona görə də, haqsızlığı haqsızlıq üzərindən asanlıqla yağdırırlar. Təbii ki, bu dözülməz hal ictimai qınağa səbəb olur.
Qazax şəhəri, Azadlıq küçəsi, ev 125 ünvanında yaşayan 70 yaşlı ağbirçək Məmmədova Mehriban Baba qızının başına gələnlər daha düşündürücüdür.
Mehriban Məmmədova yaşadığı 0,072 torpaq sahəsi, 136,7 kv.m fərdi yaşayış evi, 07.12.2015-ci il tarixdə həyat yoldaşı Məmmədov Yaşar Cəmil oğlu vəfat etdikdən sonra adına sənədləşdirilmişdir. Həmin evdə Qazax RİH başçısının şəhər üzrə nümayəndəsi Akif Vəliyevin və müavini Qomar Omarovun imzaladığı 11-21/982 saylı, 04. 2016-cı il tarixli arayışa əsasən oğlanları Məmmədov Zaur Yaşar oğlu (02.09.1980) və Məmmədov Vüqar Yaşar oğlu (1982) qeydiyyatda olmuşalr. Hər iki qardaşın bacısı, yəni mərhum Məmmədov Yaşar Cəmil oğlunun yeganə qızı Məmmədova Günay Yaşar qızı Məmmədova Mehriban Baba qızının adına olan evdə qeydiyyatda olmamışdır. Belə ki, Məmmədova Günay Şeyda Məhəd oğlu Salahovla ailə həyatı qurarq gəlin köçüb. Ər evinə qeydiyyata alınıb.
Yaşayış vəziyyətlərinin çətinliyi, heç bir yerdə işləməmələri Günay Məmmədovanı və həyat yoldaşı Şeyda Salahovu qaynənəsi Mehriban xanımgilə üz tutmağa məcbur etmişdir. Çox keçmir ki, ər və arvad hiyləyə əl ataraq, Mehriban Məmmədovanın üstündə qeydiyyatda olan oğlanlarından xəbərsiz, gələcəkdə ev tikmək, bizneslə məşğul olmaları üçün müvəqqəti məskunlaşdıqları evin adlarına sənədləşdirilməsini və kredit götürəcəklərini bildirir. Mehriban xanım da razılıq verir.
Şeyda Salahov təcili olaraq Qazax RİH başçısının şəhər üzrə nümayəndəliyinə yollanır. Dil taparaq Qazax RİH başçısının şəhər üzrə nümayəndəsinin xəbəri olmadan nümayəndəliyin müavini R.E. Bayramovun imzası ilə 11-21/3234 saylı, 5.12.17 –ci il tarixli yaşayış yerindən saxta arayış əldə edir. Guya həmin evdə yalnız Məmmədova Mehriban Baba qızı qeydiyyatdadır. Onu da qeyd edək ki, həmim arayışda Akif Vəliyevin də yerinə, öz yerinə də imzanı nümayəndəliyin müavini R. E. Bayramov atmışdır. Elə bundan sonra da iş müşgülə düşür.
Şeyda Salahov Qazax rayon notariat kontoruna yollanır. Qazax rayon notariat kontorunun 16.12.2017-ci il tarixində Mehriban Məmmədova onun üstündə qeydiyyatda olan oğlanları Zaurun və Vüqarın xəbəri olmadan evi Məmmədova Günay Yaşar qızına bağışlayır. Bağışlanılma heç də Mehriban Məmmədovanın şəxsi iradəsi hesabına baş vermir. Zaman keçir, imza və möhürün mürəkkəbi quruduqdan sonra, Günay Məmmədova və Şeyda Salahov hay-həşir salır ki, ev bizimdir, bu evdə boya-başa çatan oğullar Zaur və Vüqar Məmmədov qardaşlarına qəpik də yoxdur. Məsələdən xəbər tutan və aldanıldığını bilən Mehriban Məmmədova ümid yeri kimi məhkəmə orqanına müraciət etmək qərarına gəlir.
27.04.2012-ci il tarixində Qazax rayon məhkəməsində işə baxılır. Saxta sənədlər araşdırılmadan iddiaçının tələbi rədd edilir. Qazax rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verimiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası heç bir araşdırma, saxta sənədlərə görə ekspertiza təyin edilmədən Qazax rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Nəhayət, sonuncu instansiya olaraq Gəncə Apellyasiya Məhkməmsinin Mülki Kollegiyasının qətnaməsindən də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verən Mehriban Məmmədovanın arzusu ali məhkəmənin 20 dekabr 2022-ci il tarixində keçirilən məhkəmə iclasında da puça çıxır. Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsini qüvvədə saxlayır. Bəli, bu da başdansovdu qərar...
Bu azmış kimi Günay Məmmədova evi Şeyda Məhəd oğlu Salahovun adına keçirərək, həmin evdə qeydiyyatda olan, orada hazırda yaşayanlar anası Mehriban Məmmədovanın, qardaşı Zaurun və həyat yoldaşı Zeynəb Osmanovanın evdən çıxmaları tələbi ilə məhkəmədə iddia qaldırmışdır.
Söhbət əsnasında Mehriban Baba qızı Məmmədova bildirdi ki, “Əlac ona qalıb ki, mən də bütün əşyalarımı, oğlanlarımı və gəlnimi götürüb haqqımızı tapdalayanların, saxta arayış verənin və araşdırma aparmadan qətnamələr çıxaranların adlarına olan 5-6 evlərinin, villalarının birinə köçəm. Bəlkə onda kimin haqlı olub, kimin haqlı olmaması ortaya çıxa! “
Belə yerdə atalar misalı yada düşür: “Bir dəli bir gölə daş atdı, yüz ağıllı onu ordan çıxara bilmədi”
Yaxşı, deyək ki, Mehriban Baba qızı Məmmədovanın işinə məhkəmə orqanları başdansovu baxdı, tələm-tələsik qətnamə, qərar çıxardılar. Bəs Qazax rayon ictimaiyyəti nə fikirdədir? Kimdir müqəssir?
Evin sənədlərinin saxtalaşdırılmasından, məhkəmələrdən “ağzı yanan” 70 yaşlı ana Mehriban Məmmədova son ümid yeri olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Vitse Prezident Mehriban Əliyevaya və Respublikanın Baş Prokuroruna ərizə ilə müraciət etmişdir. Onun dediyinə görə, onlardan da müvəssəl cavab çıxmasa özünü intihar etmək qərarına gəlib.
Yəqin ki, Allahını başının üstündə saxlayanlar Mehriban Baba qızına tezliklə yardımçı olacaqlar.
Yazıda adları çəkilən tərəflərin də mövqelərini dərc etməyə hazırıq.
Nofəl Dağlı
Bölməyə aid digər xəbərlər