11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qazaxdan Akif Vəliyev haqqında şikayət edən xəstə təxəyyül imiş - Namiq Həsənoğlu

 Bir neçə gün əvvəl saytalrın birində Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Akif Vəliyev haqqında məqsədli şəkildə, yalan və iftiralarla dolu, məmurun şərəf və ləyaqətinə toxunan yazını oxuyanda açığı narahat oldum. Narahatçılığım o demək deyildi ki, belə bir bayağı ifadələr işlədilən, ağ yalan yazı ilə Akif Vəliyevin imicinə xələl gələcək. Əsla! Ona görə narahat oldum ki, guya ( təbii ki bu redaksyanın günahıdır) Qazaxdan hansısa bir dəyus şikayət edib, bunu da “söz pərgarı” Allahını unudub belə bir insan haqqında cəgəngiyat yazaraq özünü biabır edib. Nəticədə, müqəddəs peşə sayılan jurnalist adına ləkələr yağdırıb.
... Hazırda Qazax RİH Başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Akif Vəliyev ən gənc yaşlarından Qazax əhalisinə tanışdır. Bu insan əmək fəaliyyətinə tutduğu ixtisas üzrə mühəndislikdən başlayıb. İşində fərqləndiyinə, tanınmış bir tikinti işçisi olduğuna görə harada işləməsinə baxmayaraq ona həmişə də etimad göstərilib. Yəni,  Akif Vəliyevin hansısa bir vəzifəyə irəli çəkilməsində heç bir kənar qüvvə rol oynamayıb. Təəssüflər olsun ki, yazını hazırlayan “ağızıgöycək” həm əyri yazır, sonra da təkzib edir. Diqqət edin. Yazır ki, Akif Vəliyev Qazaxda   Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işləyərkən korrupsiya və rüşvətxorluğuna görə onu sabiq nazir Səlim Müslümov işdən kənarlaşdırıb. Gülməli sual qoyuir ki, Akiv Vəliyev nə üçün məsuliyyətə cəlb edilməyib? 
 Əvvəla sən kimsən? Adi bir qələm tutansan. Sənin yazınla adam qoyub, adam tutmurlar. Nə də ki, sən hüquq-mühafizə orqanı deyilsən. Sənin cılız ifadənə cavab olaraq bildirirəm ki, Akif Vəliyevin evi-eşiyi olmamalıdırmı? Üzr istəyirəm, küçədəmi yatmalıdı? Vallah ayıbdı. Kişi olan kəs kişinin evini saymaz. Qaldı ki, bir başını işlət, Səlim Müslümov korrupsiyaya yol verdiyinə görə həbs edilib. Əgər Akif Vəliyev də korrupsioner olmuşdusa, onda Səlim Müslümov belə kadrı nə üçün işdən çıxarmalıydı? Elə Akiv Vəliyevlə də işləyərdi.
 İnsanda göz görmək üçün, ağıl kəsmək üçündü. Akif Vəliyevin köhnə dillə desək şəhər soveti işlədiyi günlərə nəzər salın. Unutmaq lazım deyil ki, bu gün ölkədə sayıb-seçilən icra başçılarından olan Rəcəb Babaşov əgər Akif Vəliyevdə hansısa bir nöqsanı tutsa özü onun cəzalandırar. Daha kiminsə çərənnəməyinə görə yox.
Bu gün Qazaxa gələn son 5 ildə şəhərin, o cümlədən rayonun necə dəyişməsindən, gözəlləşməsindən, insanlara olan qayğıdan danışır. Görəsən, kor gözlər niyə bunları görmür? Əlbəttə,  atalar demiş : “Milçək bir şey deyil, könül bulandırır”
Yəni işində fəal, vəzifəsini layiqincə yerinə yetirən, vətəndaşlarla səmimi münasibət quran, heç kimin narazı qalmadığı bir insan haqqında məqsədli şəkildə cəfəngiyat yazmaq ən azından özünə hörmətsizlikdi.
 Yazı müəllifi   Akif Vəliyevin işgüzar nüfuzuna xələ gətirərək, onu binaların dam örtüyünü , bardurların yenidən qoyuluşunda guya mənimsəmələri də dilinə gətirir. Belə yersiz, düşünmək qabiliyyəti zəif olan başın ağızına gələni yazması əsl yazarlar qarşısında utancvericidir. 
 Akif Vəliyev yerindədir, bacarıqlı, təşkliatçı, uzaqgörən və həmişə dövləti və dövlətçiliyi sevən bir insandır.  Bütün rayon sakinləri bu fikirdədir.
                                                                                                         Namiq Həsənoğlu


Tarix: 18-03-2021, 20:04 Oxunub: 2 019


Bölməyə aid digər xəbərlər