Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb?

Xaçmazda erkən nikah qeydə alınıb. Hadisə Qusarçay kəndində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 17 yaşlı qızın 37 yaşlı oğlanla toyu olub.

Məsələ Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədovla dəqiqləşdirilib. Direktor əvəzi həmin məktəblinin altıncı sinifdən məktəbə gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib. Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib. O qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.

Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Onlar ailə həyatı qurmayıblar.

Faktla bağlı hazırda Xaçmaz Rayon Polis Şöbəsində zəruri araşdırmalar aparılır.


Tarix: 6-05-2024, 12:35 Oxunub: 2 064


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930