13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

1994-cü il tarixində Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixində, saat 13:30-da ailə münaqişəsi zəminində atasını döş boşluğundan bıçaqlayıb. 22 avqust 2023-cü il tarixində şübhəli şəxs qismində tutulan Ülviyyə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin psixi pozuntular nəticəsində hadisəni anlaqsız vəziyyətdə törətməsi məlum olub.

Məhkəmənin qərarına əsasən, Ülviyyə Şükürova Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib və haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunub.


Tarix: 29-04-2024, 17:54 Oxunub: 157


Bölməyə aid digər xəbərlər