11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Məhkəmə soyğunçuluqda təqsirləndirilən yeniyetmələrə bəraət verdi

   Səbail Rayon Məhkəməsində soyğunçuluq etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayan Emin Quliyev (şərti ad və soyad) və Tərlan Məmmədovun (şərti ad və soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Bu barədə  təqsirləndirilən şəxslərin vəkili Nicat İmanov məlumat verib.
   Onun sözlərinə görə, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, E.Quliyev və T.Məmmədovun təqsiri sübuta yetirilmədiyindən məhkəmə onlara bəraət verib.
     Vəkil deyib ki, hadisə 19 aprel 2022-ci il tarixində Bakı şəhəri Səbail rayonu Xəqani küçəsi 102 ünvanında yerləşən baş verib: "Belə ki, hüquqlarını müdafiə etdiyim E.Quliyev və T.Məmmədovla əvvəlcədən tanımadığı şəxslər - Xəyal Kərimov (şərti ad və soyad) və Zaur Nağıyev (şərti ad və soyad) arasında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxslər sonuncunun üz nahiyyəsinə yumruqla zərbə endirib. Bu zaman zərərçəkmişin mobil telefonu cibindən düşərək sınıb. O, polisə müraciət edərək hücuma məruz qaldığı və mobil telefonunun soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə məlumat verib. E.Quliyev və T.Məmmədov 16 may 2022-də şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub və onlara qarşı   Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4 maddələri ilə ittiham irəli sürülüb".
     N.İmanovun sözlərinə görə, məhkəmə istintaqı zamanı E.Quliyev və T.Məmmədovun təqsiri sübuta yetirilməyib: "Məlum olub ki, tərəflər arasında mübahisə olsa da, soyğunçuluq faktı baş verməyib. Müdafiə etdiyim şəxs hadisə zamanı qarşı tərəfə dəymiş ziyanı da ödəyib. Sonda məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə bəraət verib".

Şəbnəm Mehdizadə

e-huquq.az


Tarix: 28-09-2023, 20:34 Oxunub: 153


Bölməyə aid digər xəbərlər