17:50 / 06-03-2026
14-ƏSRLİK BİR TARİXİN İLAHİ MÖCÜZƏSİ
17:29 / 06-03-2026
Azərbaycan idmanını uğura aparan yol
17:18 / 06-03-2026
Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
16:30 / 06-03-2026
Anar Nəbiyev: "Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir"
13:17 / 06-03-2026
Babək Vələdov: "Azərbaycan qadını müqəddəsdir"
09:52 / 05-03-2026
Anar Nəbiyev: "Azərbaycanın enerji bazarında mövqeyi daha da möhkəmlənir"
13:35 / 02-03-2026
Nizami Hüseynov: "Biz Xocalı soyqırımını heç vaxt unutmayacayıq"
13:19 / 02-03-2026
Anar Nəbiyev: "Xocalı Soyqırımı Memorialı: xalqın əyilməz ruhu"
11:04 / 02-03-2026
QOY BÜTÜN DÜNYA BİLSİN, BU MƏNİM NÖVBƏTİ PROQNOZUMDUR
10:48 / 02-03-2026
10-cu sinif şagirdinin meyiti tapıldı
10:25 / 02-03-2026
Trampın İranın liderliyinə ÜÇ NAMİZƏDİ VAR
10:08 / 02-03-2026
HƏZRƏTİ YUSİF ƏMƏLİSALEH DEDİKDƏ KİMİ NƏZƏRDƏ TUTUB?
10:03 / 02-03-2026
Mahnıları dillər əzbəri olan BƏHRAM NƏSİBOV...
15:54 / 27-02-2026
"MƏNİM ƏVƏZİMƏ HƏR KİM OLSA BƏLKƏ DƏ MİLYONÇU OLARDI" - ASLAN SƏFƏRLİ
10:18 / 27-02-2026
Azərbaycan elmi-ictimai mühitində yeni və fərqli formatda bir əsər – “Dünyagörüşü atlası” adlı kitab işıq üzü görüb
14:17 / 25-02-2026
İsgəndər Qurbanov: "Vəhşiliyin görünməmiş təzahürü"
08:15 / 25-02-2026
SEYİD MİRMÖVSÜM AĞANIN BAŞ DAŞI NİYƏ QEYRİ QİBLƏYƏ DƏFN OLUNUB?
17:17 / 24-02-2026
İrandan Azərbaycana PUA vasitəsilə narkotik atdılar - Saxlanılanlar var
17:10 / 24-02-2026
Azərbaycan diasporunun rəhbəri Rusiyada vətəndaşlıqdan məhrum edilib
17:00 / 24-02-2026
Qazaxda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla anılıb
16:51 / 24-02-2026
HƏZRƏTİ MƏHƏMMƏDİN (S) ÖLÜMÜNDƏN SONRA HƏQİQİ VARİSƏ İŞARƏ
13:35 / 24-02-2026
"Bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət" - Anar Nəbiyev
16:55 / 23-02-2026
1400 İL ÖNCƏ AZƏRBAYCANA AİD OLAN AMİLLƏR DİN ALİMLƏRİ TƏRƏFİNDƏN NİYƏ GİZLƏDİLİB?
16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
16:06 / 23-02-2026
Səkinə xanım Sadıxova haqqında saytlarda dərc olunan yazılan yazılara Parlamentinsesi.az saytının reaksiyası
08:32 / 23-02-2026
Bilmədiklərimiz, eşitmədiklərimiz!!!
19:01 / 21-02-2026
İ.Şıxlı adına Kosalar kənd orta məktəbində "Beynəlxalq Ana dili günü" münasibəti ilə tədbir keçirilmişdir
04:08 / 21-02-2026
225 nömrəli tam orta məktəbdə Ana dili günü münasibətilə ədəbi-bədii tədbir keçirilib
14:45 / 20-02-2026
Kitablar ən yaxın dostumuzdur" adlı tədbir keçirilib
08:51 / 20-02-2026
Paşa Hadıyev: "Yaşasın Serbiya - Azərbaycan dostluğu!"
11:16 / 18-02-2026
Anar Nəbiyev: Azərbaycan Avropada etibarlı tərəfdaş kimi qəbul olunur
Qonşu qadınla cinsi əlaqədə olan kişini qəbiristanlığa apardılar və... - ŞOK OLAY
Onların arasında dava 9 sentyabr 2020-ci ildə saat 20 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən "Qazyan Piri" adlanan qəbirstanlığın qarşısında olub.
İstintaq orqanı Əbdülə Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edib.
"Qəbiristanlığın qarşısına getdik"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbdül elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, həmkəndlisi Toğrulu əvvəldən tanıyıb: "Onunla aramızda heç bir ədavət və düşmənçiliyimiz olmayıb. Sənəm mənim bacımdır. Sənəm Toğrulla qonşuluqda ailəsi ilə birlikdə yaşayıb".
Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 9-da saat 20 radələrində Toğrulun mobil telefonuna zəng edib, öz avtomobili xarab olduğu üçün onu Qazyan kəndinə maşınla aparmağı xahiş edib: "Əmim oğlu Rəsul da yanımda idi. Təxminən 10 dəqiqə sonra Toğrul məni və Rəsulu avtomobilinə götürdü. Toğrul mənə bildirdi ki, ağrıyır, avtomobili idarə edə bilmir. Bu səbəbdən avtomobili mənim idarə etməyimi istədi. Onun maşınında Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən "Qəzyan Piri" deyilən qəbristanlığın yoluna döndük. Həmin yolda avtomobildən düşərək gözlədik. Toğrul məndən orada niyə gözlədiyimizi soruşdu. Mən də gözləməyi dedim".
"Səhv etdiyini bildirdi"
Əbdül qeyd edib ki, təxminən 10 dəqiqə sonra atası Bahəddin və Sənəmin qayını Elvin "BMV" markalı avtomobillə həmin yerə gəliblər:
"Elvin qardaşının həyat yoldaşı Sənəmə qarşı Toğrulun əxlaqsız hərəkətlər etdiyini bildirdi. Bundan sonra atam Toğruldan nəyə görə belə hərəkətlərə yol verməsini soruşdu. O, əvvəlcə hərəkətlərini etiraf etmədi. Sifətinə iki şillə vurdum. Elvin də onun sifətinə vurdu. Bundan sonra Toğrul səhv etdiyini bildirdi".
"Atam üzünə tüpürdü"
Əbdül qeyd edib ki, həmin vaxt Toğrul atası Bahəddinə yalvarıb: "Daha sonra Toğrulu orada qoyduq və Elvinin avtomobili ilə oradan kəndə qayıtdıq. Bundan başqa aramızda heç bir münaqişə olmayıb. Mən Rəsul və Elvinlə Toğrulu yerə yıxmamışıq. Onun əlini və ayaqlarını iplə bağlamamışıq. Onu yerə yıxaraq yumruq və təpiklə döyməmişik. Toğrulu mən və Elvin ayaq üstə şillə ilə sifətinə vurnuşuq. Atam isə Toğrulun etdiyi hərəkətlərə görə üzünə tüpürdü".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Toğrulun sözlərinə görə, sentyabrın 9-da saat 20 radələrində yaşadığı Ucar rayonu Lək kəndində evində olub: "Bu zaman Əbdül mənə zəng etdi. Avtomaşınlarının xarab olduğunu, onları "Qəzyan Piri" qəbristanlığına aparmağı, orada avtomobillərinin xarab olduğunu bildirdi.
Avtomobilimi işə salaraq Əbdülün yaşadığı evin qarşısına gəldim. Həmin yerdə Əbdül və əmisi oğlu Rəsul avtomobilimə əyləşdilər və qəbirstanlığa tərəf sürməyimi istədilər. Qəbristanlığa çatanda avtomobilin harada olduğunu soruşdum. Avtomobillərinin xarab olamadığını, qazyanlılarla aralarında münaqişə olduğunu, evdə bilməsinlər deyə mənim maşınımda həmin yerə gəldiklərini dedilər".
"Bildirdi ki, başıma sidik ifraz edib, şəklimi çəksinlər"
Zərərçəkmiş qeyd edib ki, təxminən 3 dəqiqə sonra Bahəddin və Elvin "BMV" marakalı avtomobillə qəbristanlığa gəliblər:
"Bahəddin mənə yaxınlaşaraq qızı Sənəmə söz atdığımı dedi. Sənəmlə aramda heç bir münasibət olmadığını söylədim. Bu vaxt Elvin, Əbdül və Rəsul üstümə hücum etdilər. Üçü məni yerə yıxıb əl-qolumu iplə bağladılar. Yerdə təpik-yumruqla döyməyə başladılar. Təxmənən 40 dəqiqə məni yerdə döydülər. Bahəddin isə kənarda dayanıb, bizə tamaşa etdi.
Sonra Elvin özünə məxsus olan mobil telefonu çıxardaraq məni yerdə yıxılı, əl-qolu bağlı vəziyyətdə telefonun kamerası ilə çəkməyə başladı. Təxminən 10 dəqiqə ərzində məni telefonun kamerasına çəkdi. Sonra Əbdül bildirdi ki, başıma sidik ifraz edib, şəklimi çəksinlər. Lakin bu hərəkəti etmədilər".
Zərərçəkmiş qeyd edib ki, Bahəddin, Əbdül, Elvin və Rəsul ona sözlə hədə-qorxu gəlib, kəndi tərk etməyi, əks halda öldürəcəklərini deyiblər. O bildirib ki, hadisə zamanı onun sol qabırğası sınıb, həmin xəsarəti ona Əbdül təpiklə vuraraq yetirib.
Toğrul bildirib ki, hadisədən sonra özünü pis hiss edib, əvvəlcə şikayət etməyib: "Fikirləşdim ki, məni döyən şəxslər həmkəndliləri olduğundan üzr istəyəcəklər. Bu səbəbdən ilkin ifadəmdə məni mal-qara vurduğunu, bu səəbəbdən xəsarət aldığımı bildirdim".
"Atası və qardaşına danışdım"
Cinayət işi üzrə şahid qismində ifadə verən Elvinin sözlərinə görə, sentyabrın 8-də Bakı şəhərindən Ucarın Lək kəndinə gəlib: "Lək kəndində atamın evində olan zaman qardaşımın azyaşlı qızı Gülnar anası Sənəmin qonşumuz Toğrulla öz evlərində əxlaqsız hərəkətlər etdiyini bildirdi. Qardaşım Vəlinin evinə getdim, Sənəmə hər şeyi bildiyimi dedim.
Sənəm Toğrulla aralarında olmuş münasibət barədə danışdı, onunla görüşdüyünü özü etiraf etdi. Bu zaman qardaşımın evini axtardım, Sənəmin qardaşımdan xəbərsiz işlətdiyi mobil telefonu tapdım. Olanları Sənəmin atası Bahəddinə və qardaşı Əbdülə danışdım".
"İki dəfə şillə ilə vurdum"
Elvinin sözlərinə görə, səhəri gün Bahəddinlə telefon vasitəsilə əlaqə yaradıb: "Bahəddin bildirdi ki, işdədir, saat 15 radələrində evə gələcək. Sonra Toğrulla bu barədə söhbət edib, məsələyə aydınlıq gətirmək lazım olduğunu dedi.
Bir qədər sonra Əbdül zəng etdi, Toğrulla birlikdə "Qazyan Piri" adlanan qəbristanlıqda olduğunu dedi. Bahəddinlə birlikdə özümə məxsus "BMV" markalı avtomobillə həmin yerə, onların yanına getdik. Orada Toğrulun sifətindən tutaraq qardaşımın həyat yoldaşı ilə görüşüb-görüşmədiyini soruşdum. Toğrul etiraf etmədi, Sənəmlə görüşmədiyini bildirdi. Etiraf etmədiyi üçün onun sifət nahiyəsindən iki şillə ilə vurdum. Əbdül də Toğrulu vurmağa başladı.
Bahəddin Toğrula qohumu olduğu və qonşuluqda yaşayaraq qızına qarşı əxlaqsızlıq etdiyinə görə hirsləndiyi üçün halının pisləşdiyini gördük. Onu avtomobilimlə evinə apardıq. Əbdül və Rəsul da bizimlə birlikdə getdilər. Bundan bir neçə gün sonra Toğrulun bizdən Ucar rayon polis şöbəsinə şikayət etməsini öyrəndim".
"Müqavimət göstərə bilmədim"
Cinayət işi üzrə şahid qismində ifadə verən Sənəm qeyd edib ki, Vəli ilə 10 il əvvəl ailə həyatı qurub, birgə nikahdan 2 övladları olub: "Həmkəndlimiz Toğrul bizimlə qonşuluqda yaşayır, aramızda əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb. Toğrul təxminən 2020-ci ilin may ayının hansı günü olması unutmuşam, gündüz saat 13 radələrində yaşadığım evin həyətinə gəldi. Qəflətən içəri daxil oldu, evin alt mərtəbəsinin qapısını bağladı, mənə qarşı cinsi təcavüz etdi.
Toğrula müqavimət göstərə bilmədim. Onu itələdim, həmin vaxt orada ikimiz olmuşuq. Kənardan kimsə bizi görməyib. Ailəm dağılmasın deyə səs-küy salmadım. Toğrula qarşı aktiv müqavimət göstərmədim".
"Ərim boşanmaq üçün məhkəməyə müraciət edib"
Sənəm qeyd edib ki, təxminən iyul ayının sonlarında azyaşlı qızı Elvinə Toğrulun onunla əlaqəsinin olduğunu deyib: "Sentyabrın 9-da qaynım Elvin bizə gəldi. Mənə hədə-qorxu gələrək əlində şəkil olduğunu, qonşumuz Toğrulla görüşdüyümü bildirdi. Əvvəl qorxduğum üçün olanlar barədə Elvinə heç nə demədim. Sonra isə bir dəfə evimizin birinci mərtəbəsində onunla qeyri-ixtiyari cinsi əlaqədə olduğumu dedim.
Qaynım atam və qardaşıma bu barədə məlumat verdi. Məni Elvin atamın evinə gətirdi, əxlaqsızlıq etdiyimi, buna görə məni saxlaya bilməyəcəklərini dedi. Həmin gündən bu günə qədər atamın evində yaşayıram".
Sənəm bildirib ki, boşanmaq üçün həyat yoldaşı ərizə ilə Ucar rayon Məhkəməsinə müraciət edib.
Cəza
Bu cinayət işinə Ucar rayon Məhkəməsində baxılıb. Əbdül 1 il 6 ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilib.
Əbdülün üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Lək kəndində yerləşən evi axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulub.
Hökmdən narazı qalan Əbdülün müdafiəçisi apelyasiya şikayəti verib. Vəkil şikayətində Əbdülün günahsız olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Apelyasiya şikayətinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Akif Eyvazovun sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Apellyasiya şikayəti təmin olunmayıb.
Teleqraf.com
Bölməyə aid digər xəbərlər
Ucar rayonunda 1993-cü il təvəllüdlü Əbdül münaqişə zamanı həmkəndlisi Toğrula (adlar şərti verilib - red.) xəsarət yetirib.
Əbdül bacısı Sənəmin həmkəndlisi Toğrulla cinsi münasibətlərinə görə qisas almaq qərarına gəlib.Onların arasında dava 9 sentyabr 2020-ci ildə saat 20 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən "Qazyan Piri" adlanan qəbirstanlığın qarşısında olub.

Tarix: 31-01-2022, 09:04 Oxunub: 3 695
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
10-12-2021, 08:50
Başladığı ilk iş günündə müdiri ilə yatdı- Bakıda qəribə OLAY
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
13-12-2021, 15:24
Sevgilisini xalasıoğlu adı ilə evə gətirdi, gecə hamını yuxuya verib... – Azərbaycanda inanılmaz olay
16-04-2021, 23:30
Arvadını öldürdü, 17 yaşlı gəlinini döyə-döyə zorladı - Azərbaycanda
21-09-2021, 14:06
"Ərinə göndərəcəyik" - Evli qadını intim videosu ilə şantaj edən gənclər
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
17-03-2021, 20:54
14 yaşlı qızı Masazıra apardı: "Əvvəl ayrı otaqlarda yatdıq, sonra..."
19-10-2020, 12:01
İşğaldan azad edilən ərazilərimizin tam siyahısı
7-01-2021, 15:59
Zərdabda şok olay: Kişi qızının nişanına gələn 13 yaşlı qızla...
28-01-2022, 10:51
Bakıda gecə klubdan çıxan qızın qarşısını kəsdi: "Qaranlığa çəkib..." - Şok təfərrüat
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
19-07-2020, 12:14
Bakıda keçirilən aksiyada ictimai qaydanı pozan bir qrup şəxs həbs olunub - YENİLƏNİB + VİDEO
23-03-2021, 13:44
Abşeronda ata və oğul sahibkarın obyektinə hücum etdilər
12-11-2020, 18:14
İlham Əliyev 3 fərman imzaladı
8-06-2021, 17:34
Nərminin meyiti tapılmamış, "səni Nərmin kimi öldürərəm" deyib - Tovuzda müəmmalı hadisə
15-12-2021, 08:55
“Nərimanov Tibb Mərkəzi”nin reallıqları ilə gənc baş həkimin ağ yalanları üst-üstə düşürmü? - İTTİHAM
5-01-2021, 22:53
Abşeronda qonşular arasında qan töküldü
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
21-07-2020, 09:17
Bakıda 27 yaşlı gənc bıçaqlandı
13-01-2021, 04:57
Azərbaycanda Icra Başçısının Adından Rüşvət Alıblar — Şok Faktlar