Bakıda arvadı onu döyən ərini bağışlamadı: Həbs qərarı verildi

Bakıda yaşayan 34 yaşlı Türkiyə vətəndaşı H.A.Yemlihan arvadını döydüyünə görə həbs edilib. Hadisə Nizami rayonu ərazisində baş verib.

H.A.Yemlihan ifadəsində deyib ki, hadisə vaxtı sərxoş vəziyyətdə olub. O, gözəllik salonunun qarşısında arvadı Gülərin (şərti ad-red) telefonunu almaq istəyib, bu əsnada aralarında mübahisə yaranıb. Sərxoş olduğuna görə onu vurub, bir müddət sonra isə polis əməkdaşları tərəfindən tutulub. 

Gülər izahatında əri ilə barışmaq istəmədiyini, qanunla müəyyən edilmiş həddə cəzalandırılmasını istəyib. Məhkəmənin qərarı ilə H.A.Yemlihan İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə təqsirli bilinərək 20 sutka müddətinə həbs edilib.


Tarix: 11-04-2024, 10:15 Oxunub: 293


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31