Bu gün - 11 noyabr nurlar şəhəri olan Mingəçevirin yaranmasının 75 illik yubileyi qeyd edilir.
ATİA.AZ saytının redaktoru AYGÜN SADİQ hazırda Mingəçevir şəhərindədir. Aygün xanımın təəssüratlarını Sizlərlə bölüşürük:
"Tədbirdə rayon rəhbərliyi, idarə və təşkilatlar: Təhsil sektoru, Mingəçevir Turizm Kolleci, Mingəçevir Dövlət Universiteti, Asan Xidmət, peşə məktəbləri, orta məktəblər və digər təşkilatlar iştirak edir.
Tədbirə təşrif buyuran şəhər icra hakimiyyətinin başçısı cənab İlham İsmayılov şəhərin yubileyl iiə bağlı hazırlanan nümunələrlə tanış oldu, xalq sənəti və əl işlərindən ibarət sərgiyə baxdı, şagirdlərin çıxışlarını dinlədi.
Mingəçevir Turizm Kolleci də tədbirdə aktiv iştirak edir. Belə ki, kollec rəhbərliyi öz əl işi nümunələri ilə təşkilatı təmsil edir.
Nur şəhəri Mingəçevirin yubileyi həm ümummilli lider Heydər Əliyevin anadan olmasının yüz illiyinə, həm də Zəfər bayramına təsadüf edir. Ona görə də bayram bayrama qarışıb. Əhali bayram sevincini, həm də qalib ölkənin vətəndaşı olaraq qürurla qeyd edir.
Bayramınız mübarək!!!"
Aygün Sadiq,
ATİA.AZ
Bölməyə aid digər xəbərlər