11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qazax rayonu Daş Salahlı kənd sakinləri Prezidentə şikayət ünvanlayıb....

Qazax rayonu Daş Salahlı kənd sakinləri ATİA.AZ  redaksiyasına şikayət  ünvanlayıb. Müraciətdə deyilir: 

"Qazax rayonu Daş Salahlı kənd Nəriman Nərimanov küçəsinin sakinləri olaraq bildiririk ki,  20-ildən artıqdlr ki, su sarıdan əziyyət çəkirik.

Bu barədə dəfələrlə aidiyyatı qurumlara müraciət etsək də , çox təssüflər olsun ki, etdiyimiz müraciətə baxan yoxdur. 

Bu günəcən  döymədiyimiz qapı, müraciət etmədiyimiz ünvan qalmayıb. 

Cəmi 100-150  metr su borusuna görə  20 ildir  su sarıdan əziyyət çəkirik.

Möhtərəm Prezidentimiz, hörmətli  İlham Əliyev Cənabları!!!  Biz,  Qazax rayon Daş Salahlı kənd Nəriman Nərimanov küçəsinin sakinləri, Sizdən çox xahiş edirik bizi bu bəladan qurtarasınız. Bizim səsimizə səs verən yoxdur. Xahiş edirik bizim səsimizə səs verin. Kənd sakinləri olaraq inanırıq ki, bizim səsimizə səs verəcəksiz...

Möhtərəm Prezidentimiz dəfələrlə öz çıxışında:  "Məmur Xalqın xitmətçisidir, vətəndaşları incitmək olmaz,  vətəndaşların problemi vaxtında həll olunmalıdır" -  desə də... Çox təssüflər olsun ki, bizi incidirlər, bizim etdiyimiz müraciətə baxan yoxdur, bizim Məmurlar özlərini xalqın xidmətçisi yox, ağası hesab edirlər... 
Cənab Prezidentimizin dediyi sözlərə əməl edən yoxdur" 


Bizdə ATİA.AZ saytı olaraq inanırıq ki, kənd sakinlərinin Cənab Prezidentə etdiyi müraciət əsasında  bu problem  öz həllini tapacaq.
Elnur Quliyev, ATİA.AZ


Tarix: 13-09-2021, 22:14 Oxunub: 1 021


Bölməyə aid digər xəbərlər