11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“Prezident damla-damla toplayır, məmurlar vedrə-vedrə yerə tökürlər” – Partiya sədri

“Məmur xalqın xidmətçisidir”.

Bu "xəbərdarlıq" ölkə başçısı tərəfindən dəfələrlə səsləndirilib və məmurlara xalqın problemlərini həll etmək üçün birbaşa tapşırıq verilib.

Amma bütün bu xəbərdarlıqlara baxmayaraq, hələ də ən xırda problemlər belə yerlərdən Prezidentə qədər gedib çatır. Həlli yerli idarələr səviyyəsində mümkün olan məsələlər çox vaxt ölkə başçısının müdaxiləsindən sonra öz həllini tapır.

Məmurların xalqa bu cür yanaşması isə yerlərdə narazılıqları artırır, ciddi etirazlara səbəb olur. Məmurlar həmişə ölkə başçısının “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir” devizini öz fəaliyyətlərində əsas götürməlidirlər. Amma görünən odur ki, bəzi məmurlar bütün xəbərdarlıqlara baxmayaraq “öz bildikləri” şəkildə işləməyə üstünlük verirlər. Bunun nə ilə nəticələndiyini isə Dövlət Təhlükəsizlik Xidmətinin icra hakimiyyətlərində, bir sıra xidmət və nazirliklərdə keçirdiyi əməliyyatlardan açıq şəkildə görmək mümkündür.

Prezidentin xəbərdarlığına, tapşırıq və tövsiyyələrinə əməl etməyən, vətəndaşları yersiz qıcıqlandıran, onların dövlət aparatına etimadını azaldan heç bir məmur fəaliyyətinə adekvat olacaq cəzadan da qaça bilməyəcək.

Ölkə başçısı son müsahibəsində də açıq şəkildə açıq güzəşt olmayacağını bəyan etdi: “Mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da, məmurlar da bilsinlər”, - deyə Prezident müsahibəsində belə deyib.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev  açıqlamasında deyib ki, ölkədə müxtəlif sahələrdə islahatlar gedir:

“Kadr islahatları da artıq sürətlə vüsət alıb. Müharibə ortaya düşdüyünə görə bu məsələlərdə bir qədər səngimə olmuşdu. Amma ölkə başçısının ifadə etdiyi kimi, vəziyyət o yerə gəlib çatıb ki, ən kiçik məsələlər belə məmurlara irad kimi tutulur. Bunlar elə şeylərdir ki, adama onu deməzlər. İnsanın vəzifədən başqa şəxsi keyfiyyətləri olar. Azərbaycan 10 milyonluq ölkədir, az qala hamı hamını tanıyır. Yerlərdə olan problemləri böyüdüb yuxarıya çatdırmağa n qədər ehtiyac var? Yəni elə məsələlər var ki, onları yerində həll etmək mümkündür.

İnandırım ki, o deyilən problemlərin 90 faizini yerində həll etmək mümkün olan məsələlərdir. Yerlərdə sadəcə laqeyidlik olur, bəzi məmurlar öz işinin öhdəsindən gəlmir və yaxud gəlmək istəmir. Özlərinə konfort həyat düzəldiblər, düşünür ki, ailəsi onun milləti, vətəni də həyat bacası, villasıdı, kənardan xəbəri yoxdur. Gərək burada Prezidentin iradı olmaya. Bu məmurlar özləri baxıb problemləri həll etməlidir. Bu gün ölkəmiz ağır bir vəziyyətdə yaşayır. Kimin nəyə gücü çatırsa, əlini daşın altına qoymalıdır. Ona görə də kadrlar seçiləndə daha çox insanların dürüstlüyü, vətənsevərliyi önə çəkilməlidir. Peşəkarlıq da lazımdır, amma sonradan bəzi məsələləri öyrənmək olar. Lakin insan vətənsevər, dürüst və adil, ədalətli olarsa, o deyilən problemlər üzə çıxmayacaq”.

Partiya sədri hesab edir ki, bugünkü problemlər artıq Prezident tərəfindən qaldırıldı, məmurların özbaşınalıq, yekəxanalıq, “kiçik padşah”lıq etməklərini onlara irad tutur:

“Düşünürəm ki, artıq Prezident bunları dəyişdirəcək. Çünki Prezident xalqla birbaşa təmaslara gedir, məhlə-məhlə görüşlərə gedir. Prezident damla-damla toplayır, bəzi məmurlar vedrə-vedrə yerə tökürlər. Prezident deyir ki, mən xalqın bir nömrəli qulluqçusuyam. Amma məmurların qəbuluna düşmək mümkün deyil. Aşağılarda o qədər böyük baryerlər qururlar ki, vətəndaşlar narazı qalır. Bu qədər potensial var, hansı sahədə nə lazım olursa, prezident təmin edir. Belə vəziyyətdə gərək narazılıqlar yaranmasın. Bizim ölkənin müharibədən sonra daha çox birliyini qorumağa ehtiyacı var idi. Hər kəs hər şeyini vətən üçün verməyə hazırdırsa, biz də onlara lazım olanları verməliyik. Birinin problemi varsa, gedib öyərnməyimiz lazımdır. Hesab edirəm ki, Prezidentin bu xəbərdarlığı yumşaq görünsə də, alt yapıda çox böyük kadr islahatları gözlənilir və bu çox labüddür”. 


Tarix: 2-02-2021, 19:19 Oxunub: 296


Bölməyə aid digər xəbərlər