Sabirabad rayonunun Moranlı, Sərxanbəyli və Həşimbəyli kənd şakinləri yaşadıqları kəndlərin hələ də qazlaşdırılmaması ilə bağlı ATİA.AZ-ın redaksiyasına müraciət ediblər. Müraciətdə sakinlər son ümid yeri kimi Prezident İlham Əliyev Cənablarından bu işə köməklik göstərməsini xahiş edirlər. Müraciətin mətnini təqdim edirik:
"Hörmətli Prezdentimiz! Biz Sabirabad rayonunun Moranlı, Sərxanbəyli və Həşimxanlı kənd vətəndaşları adından Sizdən xahiş edirik ki, bizim adları qeyd olunan bu 3 kəndin qazlaşdırılmasıyla bağlı, bu kəndlərdə qaz xəttinin bərpası ilə bağlı bizə köməklik edəsiniz. Ərazimizdə meşə zolağı da yoxdur ki, odundan istifadə edək. Azərişıq tərəfindən İşıq limitinə də güzəşt edilmir. Bəs bu 3 kəndin vətəndaşları belə bir qarlı şaxtalı havada evlərini necə qızdırsınlar?
Möhtərəm Prezdentimiz! Sizdən xahiş edirik ki, bizim müraciətimizi nəzərə alıb aidiyyati Qurumlara göstəriş verəsiniz.
Öncədən 3 kəndin vətəndaşları adından Sizə minətdarlığımızı bildiririk.
Hörmətlə: Sabirabad rayonunun Moranlı, Sərxanbəyli və Həşimxanlı kənd sakinləri".
Bölməyə aid digər xəbərlər