Rusiyanın Ukrayna ilə sərhədinə yaxın şəhərdə güclü partlayış - FOTO

Rusiyanın Ukrayna sərhədinə yaxın Belqorod şəhərində yarımstansiyada güclü partlayış baş verib.
Nəticədə şəhərdə elektrik enerjisi ilə bağlı problemlər yaranıb.
Yarımstansiyada güclü partlayışın baş verdiyini Belqorodun meri Anton İvanov da təsdiqləyib.
“Enerji təchizatını tam bərpa etmək üçün indi ehtiyat sxemləri işə salınır. Mürəkkəb təmir işləri aparılır. Bütün sosial obyektlər artıq ehtiyat şəbəkəyə qoşulub”, - Belqorodun meri açıqlamasında qeyd edib.


Tarix: 8-09-2022, 09:27 Oxunub: 211


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31