15:58 / 01-06-2026
Bəhruz Niftəliyev - "Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək"
14:37 / 01-06-2026
Paşa Hadıyev: "Aqrar sahədə böyük addımlar atılıb"
10:22 / 01-06-2026
Anar Nəbiyev: "Bizim dünya miqyasında çox müsbət imicimiz var"
12:14 / 26-05-2026
Asəf Salmanov: "Demokratik dövlət nümunəsi"
17:32 / 25-05-2026
Qazaxda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib
13:03 / 25-05-2026
Anar Nəbiyev: "Müstəqilliyimiz əbədidir, dönməzdir"
07:16 / 22-05-2026
“VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI KƏLBƏCƏRƏ USTA KİMİ APRILIB ALDADILDI- “A-KOND 1” ŞİRKƏTİ ONLARIN PULLARINI VERMİR-İDDİA
08:36 / 21-05-2026
Anar Nəbiyev: WUF13: "Azərbaycana böyük etimadın bariz nümunəsi"
10:51 / 20-05-2026
Polad Ağakişiyev: "Nəticələr uğurlu olacaqdır!"
17:17 / 18-05-2026
Qazaxda 18 may - Beynəlxalq Muzeylər Günü qeyd olunub
10:27 / 14-05-2026
Bakıda ənənəvi III Kəlağayı Festivalı keçiriləcək
08:20 / 11-05-2026
Anar Eminov: “Müasir universitetlərin gələcəyi yaşıl düşüncə, sağlam həyat tərzi və sosial məsuliyyət fəlsəfəsi üzərində formalaşır”
07:23 / 11-05-2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı” keçirilib
00:03 / 10-05-2026
Mingəçevir Dövlət Universiteti WURI 2026 beynəlxalq innovasiya reytinqində dünyanın “TOP 100” universitetləri sırasında yer alıb
18:03 / 08-05-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş daha bir tədbir...
17:50 / 08-05-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir
10:14 / 08-05-2026
Çingiz Məmmədov: "Prinsipial mövqeyin aydın ifadəsi"
19:32 / 07-05-2026
Fəridə Ləmanın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr etdiyi “Onu zaman seçib” kitabının təqdimat mərasimi keçirildi
17:43 / 07-05-2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir - Qazaxda
13:57 / 07-05-2026
Anar Nəbiyev: "Dostluğumuz münasibətlərimizdə dərin köklər salıb"
10:12 / 07-05-2026
Anar Nəbiyev: "Sabit və dayanıqlı gələcəyə doğru"
09:41 / 07-05-2026
İsgəndər Qurbanov: "Çoxşaxəli və dayanıqlı əməkdaşlıq"
10:04 / 06-05-2026
"Vətənimdir Azərbaycan!” adlı layihənin icrasına start verilib
16:54 / 05-05-2026
“Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə
10:38 / 05-05-2026
Babək Vələdov: "İdman sahəsində daha böyük zirvələr fəth olunacaq"
16:14 / 04-05-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir
11:51 / 04-05-2026
Anar Nəbiyev: "Azərbaycan idman ölkəsi kimi dünyada böyük nüfuz qazanıb"
10:44 / 01-05-2026
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub
19:58 / 30-04-2026
Nağıyeva Aynurə ATİA.AZ saytı tərəfindən "Təşəkkürnamə" ilə təltif olundu
11:00 / 30-04-2026
Aynurə Abbasova: Çexiya ilə əməkdaşlıq daha da dərinləşir
Moskvada yeraltı şəhər - Stalin üçün bunker tikən inşaatçılar öldürülüblər
1917-ci ildən sonra Rusiyanın paytaxtı Moskvaya nəhəng dərin yeraltı “krallıq” miras qalıb. Metronun tikintisi ilə o, genişlənib və gizli tunellər, komanda məntəqələri, bomba sığınacaqları və hətta gəmilər üçün yanalma körpüləri olan ərazilər ərsəyə gətirilib. Bütün bu xüsusi obyektlər dövlət sirri təsnifatına daxildir. Onların arasında İosif Stalinin beş bunkeri də var, bəziləri məxfilikdən çıxarılıb, digərlərinə hələ də giriş qadağandır.
Bölməyə aid digər xəbərlər
1917-ci ildən sonra Rusiyanın paytaxtı Moskvaya nəhəng dərin yeraltı “krallıq” miras qalıb. Metronun tikintisi ilə o, genişlənib və gizli tunellər, komanda məntəqələri, bomba sığınacaqları və hətta gəmilər üçün yanalma körpüləri olan ərazilər ərsəyə gətirilib. Bütün bu xüsusi obyektlər dövlət sirri təsnifatına daxildir. Onların arasında İosif Stalinin beş bunkeri də var, bəziləri məxfilikdən çıxarılıb, digərlərinə hələ də giriş qadağandır. Kreml vasitəsilə bağa gedən yol
1937-1940-cı illərdə metro tikintisi ilə məşğul olan dövlət strukturu “Kirovskaya” metrostansiyasının (indiki “Çistye Prudı”) yaxınlığında gizli yeraltı xüsusi təyinatlı obyektlər tikib. Hava hücumundan müdafiə qərargahı və SSRİ Xalq Daxili İşlər Komissarlığının (sonralar DTK) komanda məntəqəsi burada yerləşib. Müharibənin başlaması ilə baş qərargah buraya köçüb. Obyektin bir neçə mərtəbəsi olub, onun ən aşağı nöqtəsi 70 metr dərinlikdə yerləşib. Qatarlar isə orada dayanmayıb.
Platforma hündür divarla hasarlanıb, onun arxasında Stalin üçün iş otağı və Yer kürəsinin istənilən nöqtəsi ilə əlaqə yaratmaq üçün rabitə qovşağı qurulub. Burada dövlət müdafiə komitəsinin iclasları keçirilib və Stalin hava hücumundan müdafiə komandanlığına gedən gizli şaxtadan keçərək buraya gəlib.
1942-ci ilin martına qədər, 15 metr dərinlikdə, Stalinin Kuntsevoda yerləşən bağının yaxınlığında başqa bir kiçik, lakin çox yaxşı qorunan bunker tikilib. Moskvada Müdafiə Nazirliyinin Myasnitskayadakı hazırkı ictimai qəbul şöbəsindən başlayan yol Kremlin altından keçərək bağa qədər davam edib. Hər iki bunker hazırda giriş üçün bağlıdır. Burada Stalin “general otağı”nda palıd və ağcaqayın ağacı ilə bəzədilmiş geniş kabinetdə dövlət müdafiə komitəsinin iclaslarını keçirib.
1953-cü ildə Kuntsevo metrosunun meydana çıxması ilə əlaqədar “Ploşad Revolyutsiyi” - “Kiyev” metro xəttinin dublikat hissəsi istifadəyə verilib.
Məxfilikdən çıxarılan Taqanka
Taqanka rayonunda 1950-ci illərdə soyuq müharibə zamanı nüvə zərbəsindən sovet hökumətinin qorunması üçün tikilmiş bunker hazırda muzeydir. Orada ekskursiyada olan şəxslərə nüvə və termonüvə partlayışları haqqında təbliğat filmi nümayiş etdirilir. İçəri girmək üçün hərbi hissənin girişinə bənzər ulduzlu adi bir darvazadan keçmək lazımdır.
Bir vaxtlar burada yüzlərlə insan işləyib və həyat öz axarı ilə davam edib. Ərazidə döyüş raketləri hər zaman hazır vəziyyətə olub, 1951-ci ildə Stalinin şəxsi sifarişi ilə layihələndirilmiş, lakin yalnız 1956-cı ildə tamamlanan Rabitə Nazirliyinin yeraltı teleqraf idarəsi də burada yerləşib. Yeri gəlmişkən, Taqanka yaxınlığındakı bunker uzun müddət rabitə məntəqəsi olaraq qalıb və yeraltı idarədə 2,5 min nəfər işləyib.
Yalnız 1980-ci illərin sonlarında tərk edilən bunkerə getmək üçün 60 m dərinliyə enmək lazımdır. Tozlu tunellər rəsmi otaqlardan daha çox yardımçı tikililərə bənzəyir - zəif işıqlandırma, dəmir pilləkənlər, asılmış naqillər və kommunal borular. İki filmin çəkildiyi ərazidə 5 min insan 6 ay tam qida ilə yaşaya bilər.
“Çerkizon” yaxınlığındakı bunker
Daha bir yeraltı şəhər İzmailovo ərazisində 1930-cu illərdə rekord müddətdə inşa edilib. O, rəhbərlik üçün ehtiyat komanda məntəqəsi kimi nəzərdə tutulub. Tikintiyə şəxsən L. Beriya rəhbərlik edib və o məşhur ifadəni səsləndirib: “Yeraltı hər şey mənimdir!” Ona Stalinin şəxsi mühafizəsinin rəisi general N. Vlasik kömək edib.
Bunker 120 000 tamaşaçı tutumuna malik nəhəng “Stalinets” stadionunun altında olub.
Orada isə “lider” üçün iclas otağı, ofis, istirahət otağı və mühafizə üçün 500-ə yaxın döyüş tankı olub.
Stadionun altından Kremlə və “Sokolniki” metrostansiyasına gedən iki avtomobil tuneli tikilib. 1996-cı ildən burada ali baş komandan muzeyinin ehtiyat komandanlığı (silahlı qüvvələrin mərkəzi muzeyinin filialı) yerləşir.
Bütün həyatı təmin edən sistemlər işlək vəziyyətdədir - dövlət və yerli rabitə, siqnalizasiya, liftlər, xüsusi metro xətləri, avtonom hava regenerasiyası sistemi, elektrik stansiyası, kanalizasiya sistemi. Stalin nəinki İzmailovski bunkerinə baş çəkib, həm də 1941-ci ilin noyabr və dekabr aylarında orada işləyib.
Stalinizm dövründə Moskvanın yeraltı bunkerlərinin hər hansının adının çəkilməsi “Yerin təki haqqında” qanuna əsasən cinayət hesab olunub və həmin şəxs ciddi şəkildə cəzalandırılıb.
Onlar SSRİ Xalq Daxili İşlər Komissarlığının himayəsi altında tikilib. Bəzi versiyalar var ki, inşaatçılar işləri başa çatdırdıqdan sonra öldürülüblər.
İlkin Nəcəf
Tarix: 20-04-2025, 09:05 Oxunub: 1 512
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-02-2025, 08:51
558 nömrəli fond – Stalinin arxivinə kimlər müdaxilə edib? - Yaxın tarixin SİRLİ səhifəsi
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
2-07-2021, 13:31
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
8-10-2024, 10:41
3 vəkili öldürülən, güllələnmə qərarı verilən Əhmədov...
10-11-2023, 11:02
“007 zərərsizləşdirildi...” – 15 ay hakimiyyətdə olan Andropovun 15 saniyəyə çıxartdığı dəhşətli qərar
12-09-2024, 10:08
Xırdalan və Masazıra nə zaman metro çəkiləcək?
13-03-2021, 21:03
Öldürüb basdırdı, sonra meyiti çıxarıb balta ilə doğradı...
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
14-01-2025, 14:51
Azərbaycan cazının erməni əli ilə KQB-də məhv edilən əfsanəsi, qəbri olmayan məşhur azərbaycanlı
5-05-2023, 08:00
"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" - Nasir Əhmədov
14-04-2021, 00:22
Əli Abbasov və Vidadi Zeynalov dövlətdən oğurladığı 100 milyonları niyə qaytarmır? - İTTİHAM



















