15:05 / 12-09-2026
Davamlı tərəqqi, tarixi nailiyyətlər və yeni hədəflər
22:21 / 07-09-2026
Övladını məktəbə avtomobillə aparanların NƏZƏRİNƏ: Yollar kameralarla izləniləcək - VİDEO
21:38 / 07-09-2026
SÖZƏ SÖZLƏ HEYKƏL QOYAN ŞAİR - BİLAL QOCA... Hacı Loğmanın təhlilində...
21:36 / 07-09-2026
SÖZƏ SÖZLƏ HEYKƏL QOYAN ŞAİR - BİLAL QOCA
06:21 / 03-09-2026
Uşaqların telefon istifadəsi ilə bağlı VACİB XƏBƏRDARLIQ: Hər əlavə saat riski artırır
21:16 / 31-08-2026
Həsrətin bitdiyi yoldan Kəlbəcərə...
20:23 / 31-08-2026
Bir uğurlu layihənin hesabatı...
20:22 / 31-08-2026
Bir uğurlu layihənin hesabatı...
20:08 / 31-08-2026
Ucar rayonu haqqında - ATİA.AZ-ın müxbiri Elfaq Əliyevin dediklərindən...
18:52 / 31-08-2026
Sənətə gedən yol - Namiq Aydınov
14:28 / 31-08-2026
50 yaş - Şərəfli ömrün, ləyaqətli xidmətin yubileyi
09:53 / 27-08-2026
Anar Nəbiyev: Azərbaycan-Özbəkistan: iki qardaş ölkənin əməkdaşlıq gündəliyi genişlənir
15:20 / 25-08-2026
Rəna Bayramova: Laçın Laçınlığına qayıdır
10:46 / 25-08-2026
Zelenski Hikmət Hacıyevi təltif edib
10:16 / 25-08-2026
Anar Nəbiyev: "Azad Laçın yeni inkişaf dövrünə qədəm qoyub"
10:04 / 25-08-2026
İsgəndər Qurbanov: "Davamlı inkişaf üçün yeni üfüqlər açılır"
15:05 / 24-08-2026
Paşa Hadıyev: 'Qardaşlıqdan strateji tərəfdaşlığa"
11:05 / 22-08-2026
Anar Eminov: "Mingəçevir Dövlət Universiteti turizm mütəxəssislərinin hazırlanması istiqamətində fəaliyyətini genişləndirəcək"
21:24 / 20-08-2026
"İncə fikirlər" layihəsinin ilk qonağı Sevinc Şirvanlıdır
14:48 / 20-08-2026
ƏDƏBİ KÖRPÜ: VƏTƏN, TURAN VƏ QARDAŞLIQ TƏRƏNNÜMÜ
10:11 / 14-08-2026
Anar Nəbiyev: "Naxçıvan: sabitlik, inkişaf və tərəqqi məkanı"
09:57 / 13-08-2026
Polad Ağakişiyev: "Naxçıvana 17-ci səfər"
06:40 / 13-08-2026
Şəkidə intellektual bilik yarışı keçirilib
02:37 / 12-08-2026
Anar Eminov: “Universitetin gələcəyi onun yaratdığı dəyər, yetişdirdiyi insan və cəmiyyətə verdiyi töhfə ilə ölçülür”
11:06 / 03-08-2026
Paşa Hadıyev: "Regional əməkdaşlığın yeni mərhələsi"
10:31 / 03-08-2026
Anar Nəbiyev: "Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi məkana çevrilib"
07:01 / 03-08-2026
Rektor Anar Eminov: "Düzgün ixtisas seçimi gənclərin gələcəyinə, ölkənin sabahına verilən strateji qərardır”
06:59 / 03-08-2026
Rektör Anar Eminov: "Doğru bölüm tercihi, gençlerin geleceğine ve ülkenin yarınlarına yapılan stratejik bir yatırımdır."
558 nömrəli fond – Stalinin arxivinə kimlər müdaxilə edib? - Yaxın tarixin SİRLİ səhifəsi
Bütün dünya ölkələrində dövlət başçılarına məxsus sənədlərin arxivləşdirilməsi məsələsinə ciddi diqqət yetirilir. O cümlədən SSRİ-də də birinci şəxslərin arxivlərinin yaradılması üçün Mərkəzi Komitənin müvafiq göstəriş və qərarları olub. Arxivlərdəki həmin sənədlər uzun illər “məxfi” qrifi ilə saxlanılsa da zaman-zaman onlar məxfilikdən çıxarılaraq ictimaiyyətə təqdim edilib.
Bölməyə aid digər xəbərlər
Bütün dünya ölkələrində dövlət başçılarına məxsus sənədlərin arxivləşdirilməsi məsələsinə ciddi diqqət yetirilir. O cümlədən SSRİ-də də birinci şəxslərin arxivlərinin yaradılması üçün Mərkəzi Komitənin müvafiq göstəriş və qərarları olub. Arxivlərdəki həmin sənədlər uzun illər “məxfi” qrifi ilə saxlanılsa da zaman-zaman onlar məxfilikdən çıxarılaraq ictimaiyyətə təqdim edilib. Ancaq bu günə qədər dövlət başçılarına məxsus “məxfi” qovluqlardan hələ açılmayanları da var...
Hazırda İosif Stalinə məxsus sənədlər Rusiya Federasiyası prezidentinin arxivində 558 nömrəli fondda saxlanılır. Yalnız onların bir qismi 1998-ci ildə Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinə verilib.
558 nömrəli fond 11 bölmədən, 18809 sənəddən ibarətdir.
1-ci bölmədə Stalinin əlyazmaları,
2-ci bölmədə şəxsi sənədləri,
3-cü bölmədə sovet liderinin kitabxanası,
4-cü bölmədə bioqrafik xarakterli sənədlər və arayışlar,
5-ci bölmədə Stalinin qeydlər apardığı kitablar,
6, 7, 8-ci bölmələrdə ayrı-ayrı dövrlərdə, o cümlədən 70 illiyi münasibətilə Stalinə ünvanlanan təbriklər,
9-cu bölmədə Stalinin dövlət başçılarına göndərdiyi məktublar, müraciətlər, təbriklər,
10-cu bölmədə Stalinin vəfatı ilə Mərkəzi Komitəyə daxil olan teleqram və məktublar,
11-ci bölmədə Stalinin katibliyinin sənədləri saxlanılır.
558 nömrəli fondun bir sıra qovluqları 2000-ci ildə məxfilikdən çıxarılıb.
Stalinin arxivi 1922-ci ildə yaradılıb. 1953-cü ilə, Stalinin vəfatına qədər bu arxivə konkret şəxslərdən başqa heç kim müdaxilə edə bilməyib.
Sovet liderinin ölümündən sonra isə 558 nömrəli fonda yetərincə “əl gəzdirilib”.
Arxivdəki bəzi materialları məhv etmək üçün mövcud dövrün səlahiyyət sahibləri bu işi “qanun” çərçivəsində görüblər.
Belə ki, 1953-cü ilin mart ayının 5-də, hələ Stalinin vəfatı rəsmi elan edilməmiş Siyasi Büro tələsik şəkildə aşağıdakı qərarı qəbul edib:
“Gerogi Malenkova, Lavrenti Beriyaya, Nikita Xruşova tapşırılsın ki, İosif Stalinin sənədlərinin lazımi qaydada yerləşdirilməsini təmin etmək üçün tədbirlər görsünlər...”
Bu qərarla hər üç dövlət məmuru nəinki arxiv materiallarına, eyni zamanda Stalinin kabinetində, mənzilində və bağ evində seyf və şkaflarına da müdaxilə ediblər.
Stalinin qızı Svetlana Alliluyeva öz xatirələrində bu məsələ ilə bağlı fikirlərini belə açıqlayıb:
“Hələ atamın dəfn mərasiminə qədər Lavrenti Beriyanın göstərişi ilə Kuntsevodakı bağ evindən atama məxsus bütün əşyalar və sənədlər çıxarıldı. O cümlədən atamın kabinetindəki seyfi də onun vəfat etdiyi gün Lavrenti Beriya açmışdı.
Beriyanın atamın arxivinə girişinə qarşı heç kim çıxa bilməzdi. Çünki onlar hər şeyi rəsmiləşdirmişdilər, Siyasi Büroda qərar çıxarılmışdı, bütün bunlar əvvəlcədən planlaşdırılmışdı...”
Araşdırmaçı Oleq Xlevnyuk isə müəllifi olduğu “Stalin – bir rəhbərin həyatı” kitabında daha maraqlı açıqlamalar verib:
“Stalinin kabinetindəki seyfində onun vəsiyyəti olub. Bu faktı Stalinin köməkçisi Poskrebışev də təsdiqləyib. Amma Stalinin vəfat etdiyi gün bu vəsiyyət yoxa çıxıb. Seyf isə Lavrenti Beriyanın göstərişi ilə açılıb.
Bununla yanaşı kabinetdən bir çox sənədlər, arxivdən “məxfi” qrifli qovluqlar da müəmmalı şəkildə itib.
Diqqət çəkən faktlardan biri odur ki, Stalinlə vida görüşü zamanı Beriya mərasimi təklikdə tərk edərək Stalinin kabinetində sənədlərlə məşğul olub. Ortaya sual çıxır:
-Nəyə görə Beriya və Xruşov Stalinin sənədlərinə, onun arxivinə bu qədər “maraq” göstəriblər? Cavab aydındır. Yəqin ki, o sənədlərin içərisində Beriya və Xruşovla bağlı “arzuolunmaz sənədlər” də olub...”
Beriyanın həbsindən sonra Xruşov Stalinin arxivinə daha geniş şəkildə əl qoyub. Bəzi versiyalara görə arxivdəki 108 qovluq tamamilə məhv edilib.
Bu haqda məlumatlı olan Vyaçeslav Molotov arxivə müdaxilənin qarşısını almağa cəhd etsə də, onun bu cəhdləri nəticəsiz qalıb. Hətta Molotov və Malenkov Xruşovun arxiv müdaxiləsini Mərkəzi Komitənin iclaslarında müzakirəyə çıxarıblar.
Amma Xruşov öz ətrafı ilə Stalinin ən yaxın silahdaşlarını susdurmağı bacarıb, onları siyasi səhnədən uzaqlaşdıra bilib.
Araşdırmaçıların qənaətinə görə 558 nömrəli fondda saxlanılan və məxfiliyi götürülməyən qovluqlarda təkcə Stalinlə bağlı yox, mövcud dövrdəki ictimai-siyasi proseslərlə bağlı sənədlər də mövcuddur. Məhz bu sənədlər vasitəsi ilə Stalinin hakimiyyəti illərində baş verən və bu günə qədər qaranlıq qalan hadisələrə aydınlıq gətirmək mümkündür.
Zakir Osmanov
Tarix: 22-02-2025, 08:51 Oxunub: 1 723
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
8-10-2024, 10:41
3 vəkili öldürülən, güllələnmə qərarı verilən Əhmədov...
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
22-12-2020, 13:20
Həsən Həsənov: "Tarix təcavüzkara qarşı öz hökmünü verir"
15-08-2024, 14:24
PREZİDENT İlham Əliyev 5 fərman imzaladı
5-08-2022, 12:33
İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
19-01-2021, 09:19
QAN YADDAŞI...- 20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
2-07-2021, 13:31
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
21-11-2021, 15:17
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın yeni yazdığı şeir - "Əldən getdi”
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
31-05-2024, 10:10
Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər - Emin Novruzov
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
24-04-2021, 20:19
DÜNYANI ÇAŞDIRAN ERMƏNİ YALANLARI
26-10-2021, 20:30
Stalin ona bank yarmağı tapşırdı, 36 il həbs yatdı, sevdiyi qızı qəbirdən çıxartdı - Gerçək Qurd Cəbrayıl
















