05:37 / 23-07-2026
“Nə? Harada? Nə Zaman?” intellektual oyunu bu dəfə ŞƏKİDƏ...
18:31 / 22-07-2026
Qazaxda Milli Mətbuat Günü qeyd olunub
11:56 / 22-07-2026
Anar Eminov: "Ulu öndər Heydər Əliyev milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı"
10:19 / 21-07-2026
Paşa Hadıyev: "Cəmiyyətin güzgüsü"
15:44 / 20-07-2026
Anar Nəbiyev: Ölkəmizdə ən müasir tələblərə cavab verən media mövcuddur
22:40 / 17-07-2026
Anar Eminov: "Gələcəyin universitetləri yaşıl düşüncənin, elmi innovasiyanın və sosial məsuliyyətin qovuşduğu məkan olacaq"
14:23 / 17-07-2026
Murğuz Alıyev: Uğurla inkişaf edən münasibətlər
11:31 / 15-07-2026
Anar Nəbiyev: "Şuşa əməkdaşlıq məkanına çevrilib"
15:11 / 14-07-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün münasibətilə tədbir keçirilib
08:40 / 08-07-2026
Çingiz Məmmədov: Qarşılıqlı faydalı münasibətlə
21:59 / 07-07-2026
"Qazaxda qonağa hörmət, sənətə məhəbbət və Vətən sevgisi hər zaman uca tutulur" - Rauf İlyasoğlu
10:53 / 07-07-2026
Anar Nəbiyev: "Azərbaycan-Avropa İttifaqı: əlaqələrin yeni mərhələsi"
18:06 / 06-07-2026
Qazaxın Çaylı kəndində ədəbi bayram: Şair Rafayıl Qurbanoğlunun ikinci kitabı işıq üzü gördü
11:38 / 01-07-2026
Azərbaycan Mədəniyyət Səfirləri" Assosiasiyası təsis olunub
10:12 / 25-06-2026
Anar Nəbiyev: "Biz elə bir güclü ordu yaratmışıq ki…"
14:34 / 24-06-2026
Anar Nəbiyev: "Əməkdaşlıqda yeni səhifə açıldı"
12:05 / 24-06-2026
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
11:59 / 24-06-2026
Ramil Qurbanov: Dostluq və qardaşlıq nümunəsi
08:39 / 24-06-2026
Paşa Hadıyev: "Müdrik xalqımızın qürur mənbəyi"
22:13 / 21-06-2026
ELÇİN MANSUROVUN da müəllifi olduğu QIDALANMA VƏ ONKOLOGİYAYA DAİR KİTAB həm də elmi mənbədir
20:29 / 21-06-2026
Bakıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində yekun tədbir keçirilib
09:01 / 21-06-2026
Habil Cavadovun sənət bağçasından bir neçə yarpaq...
17:47 / 20-06-2026
"Sağlamlıq yalnız xəstəliyin müalicəsi ilə deyil, həm də qorunması və dəstəklənməsi ilə mümkün olur" - həkim Həsən Məmmədov
09:04 / 19-06-2026
Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib
00:44 / 14-06-2026
Təcrübəli mütəxəssislər kursantlarla bilik və təcrübələrini bölüşüblər
13:31 / 12-06-2026
Mehman Ballayev: Qardaşlığı, həmrəyliyi və strateji tərəfdaşlığı əks etdirən tarixi sənəd
11:49 / 12-06-2026
Anar Nəbiyev: "Müttəfiqlik münasibətləri bütün sahələri əhatə edir"
19:08 / 11-06-2026
Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
10:56 / 11-06-2026
Anar Nəbiyev: "Qurtuluş tarixi"
13:47 / 10-06-2026
Nicat Göşşüyev: Şanlı dövlətçilik tarixində dönüş nöqtəsi
“007 zərərsizləşdirildi...” – 15 ay hakimiyyətdə olan Andropovun 15 saniyəyə çıxartdığı dəhşətli qərar
Yəqin ki, aviasiya sahəsində mütəxəssis olmayanlar belə, 300 nəfər sərnişin tutumu olan “Boeinq” təyyarəsi ilə kiçik həcmli hərbi kəşfiyyat təyyarəsini asanlıqla ayrıd edə bilər. Hərbi aviasiya mütəxəssisləri isə bu fərqi saniyələr ərzində müəyyənləşdirmək imkanına malikdirlər. Belə olan halda SSRİ hava hücumundan müdafiə qüvvələrinin sərnişin təyyarəsini hərbi kəşfiyyat təyyarəsi ilə səhv salaraq məhv etməsi təəccüblü və çox müəmmalı görünür.
Mənbə: Zakir Osmanov
Bölməyə aid digər xəbərlər
Yəqin ki, aviasiya sahəsində mütəxəssis olmayanlar belə, 300 nəfər sərnişin tutumu olan “Boeinq” təyyarəsi ilə kiçik həcmli hərbi kəşfiyyat təyyarəsini asanlıqla ayrıd edə bilər. Hərbi aviasiya mütəxəssisləri isə bu fərqi saniyələr ərzində müəyyənləşdirmək imkanına malikdirlər. Belə olan halda SSRİ hava hücumundan müdafiə qüvvələrinin sərnişin təyyarəsini hərbi kəşfiyyat təyyarəsi ilə səhv salaraq məhv etməsi təəccüblü və çox müəmmalı görünür. Hadisə 1983-cü ilin sentyabrın 1-də baş verib. Koreya hava yollarına məxsus, Nyu-York-Seul 007 reysini icra edən “Boeinq 747” təyyarəsi SSRİ-nin Saxalin ərazisində hava məkanına daxil olanda, SSRİ Müdafiə nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Əmri “Su-15” qırıcı təyyarəsi ilə podpolkovnik Gennadi Osipoviç icra edib. İstefaya çıxdıqdan sonra jurnalistlərə verdiyi çoxsaylı müsahibələrdə o, özünü heç də günühkar saymayıb, 269 nəfərin həlak olmasını adi hal kimi qəbul edib:
“Mən hərbçi olmuşam və mənə verilən əmri icra etmişəm. Adətən mülki sərnişin təyyarələrinin salonunda işıqlar (illüminator) həmişə yanılı olur və təyyarənin çöl tərəfdən bir neçə yerində yanıb-sönən işıqlar onları fərqləndirir. Mən göydə təyyarəyə yaxınlaşarkən bunları müşahidə etdim və yerə xəbər verdim. Ancaq nədənsə mənim bu xəbərdarlığım ciddiyə alınmadı. Əmr verildi ki, təyyarəni vurmalıyam. Birinci raket hədəfi tutmadı, ikincisi isə təyyarənin arxa hissəsinə dəydi. Mən işimi icra edib geri qayıtdım və mərkəzə məruzə etdim ki, 007 zərərsizləşdirildi. Yerdəkilər elə düşünüblər ki, təyyarədə sərnişin yoxdur, uçanlar Amerika kəşfiyyatçılarıdır və onlar ərazidəki hərbi obyektlərin dislokasiyasını müəyyənləşdirirlər...”
Hadisə necə baş verib? 269 nəfər sərnişinin taleyinə hökm verən kim olub?
Reysi icra edən təyyarə Kamçatka ərazisində kursu 12 dərəcə dəyişərək Saxalin tərəfə istiqamət alıb. Ərazi üzrə dispetçerlər təyyarənin heyətinə hava məkanını pozduğuna görə birinci dəfə xəbərdarlıq ediblər. Bu xəbərdarlıqdan sonra təyyarə daha 8 dərəcə kursu dəyişərək SSRİ-nin hava məkanında uçuşunu davam etdirib.
Ərazidə xidmət edən hava hücumundan müdafiə qüvvələrinin hərbi hissəsinin komandiri dərhal Moskva ilə, SSRİ müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi marşal Nikolay Oqarkovla əlaqəyə girib və hadisə ilə bağlı ona məruzə edib. Oqarkov da öz növbəsində qərar çıxarmaq üçün baş katib Yuri Andropova müraciət edib. Saniyələr ərzində qərar qəbul olunub, Andropov təyyarənin vurulması ilə bağlı göstəriş verib.
Hadisə ilə bağlı ortaya maraqlı bir sual çıxır: - Təyyarənin pilotu dispetçerlərin xəbərdarlığına niyə məhəl qoymayıb?
Bununla bağlı bir neçə versiya səsləndirilib. Birinci versiyaya görə, təyyarə SSRİ-nin hava məkanına daxil olarkən avtopilot rejimi komandaları düzgün qəbul etməyib. İkinci versiya ondan ibarət olub ki, həmin anlarda təyyarənin yerlə əlaqə üçün istifadə olunan rabitə qurğularında nasazlıq yaranıb ki, bununla da dispetçerlə əlaqə yaratmaq mümkün olmayıb.
Bütün səsləndirilən versiyaların arasında heç bir siyasi motiv, kəşfiyyat məqsədli fikirlər öz əksini tapmayıb. Sadəcə ərazini hava hücumundan müdafiə edənlər şəxsi fərziyyələrinə görə elə düşünüblər ki, kənar təyyarənin hava məkanını pozması kəşfiyyat xarakterlidir. Məsələ Moskvaya da belə təqdim olunub. Şəxsi fərziyyə isə böyük faciə ilə nəticələnib.
Bu hadisə beynəlxalq aləmdə böyük səs-küyə səbəb olub. SSRİ rəsmiləri digər hadisələrdə olduğu kimi, bu hadisəni də məxfi saxlamağa çalışıblar. Amma təbii ki, bunu gizlətmək onlara müyəssər olmayıb. Çünki təyyarədə həlak olanlar 16 ölkənin, o cümlədən 68 nəfəri ABŞ-ın vətəndaşı olub. ABŞ siyasətçisi, konqressmen Lourens Makdonald da hadisə qurbanlarından birinə çevrilib.
ABŞ prezidenti Ronald Reyqan hadisə ilə bağlı bəyanat verib, SSRİ-nin ünvanına sərt fikirlər səsləndirib:
- “Koreya təyyarəsinin vurulması insanlığa qarşı ən böyük cinayətlərdən biri sayılmalıdır və bu hadisə unudulmamalıdır. SSRİ-nin törətdiyi bu hadisə insanlıq çərçivəsinə sığışmayan dəhşətli bir vəhşilikdir...”
Seulda on minlərlə insan küçə və meydanlara çıxaraq etiraz aksiyaları keçiriblər, sovet hərbçilərini lənətləyərək, SSRİ-ni “vəhşi dövlət” adlandırıblar.
Moskva isə “təmkin”ini pozmayıb. Ölkə rəsmiləri baş vermiş hadisə ilə bağlı mətbuat konfransı keçiriblər. SSRİ-də akkreditasiya olunmuş jurnalistlərin də iştirak etdiyi konfransda marşal Oqarkov Koreya təyyarəsinin uçuş istiqamətini əks etdirən xəritənin qarşısında sovet hərbçilərinə haqq qazandırmağa çalışıb. Brifinqdə təkrar-təkrar verilən “təyyarənin vurulmasını kim əmr edib” sualı isə cavabsız qalıb. Bu əmri verən Yuri Andropov cavabdan yayınaraq hadisəyə bir cümlə ilə münasibət bildirib:
- “Əlbəttə, 269 nəfərin həlak olması dəhşətli faktdır, amma SSRİ-nin hava məkanının pozulması bundan da dəhşətlidir...”
İlham Cəmiloğlu
Mənbə: Zakir Osmanov
Tarix: 10-11-2023, 11:02 Oxunub: 1 883
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
24-03-2023, 15:40
Qarabağda vurulmuş İran sərnişin təyyarəsi - ARAŞDIRMA
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
24-07-2020, 18:02
“Silk Way Group” pandemiya zamanı tibbi yüklərin aviadaşınması üzrə 100-dən çox çarter reysi həyata keçirib
24-07-2020, 11:38
İran ABŞ qırıcıları ilə əlaqədar BMT-yə müraciət etdi - VİDEO
28-12-2020, 11:19
“Bakı Hərrac Mərkəzi” MMC "İcbari Sığorta Bürosunda nələr baş verir? – Hərrac oyunları, korrupsiya..." adli məqaləyə cabab verdi...
30-03-2023, 09:25
Əli Nağıyevi gözdən salma və DTX-ya qarşı təxribat kampaniyası - Ata öz oğlunun ölüm səbəbinin araşdırılmasını niyə istəmir?
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
5-05-2023, 08:00
"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" - Nasir Əhmədov
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
26-08-2022, 07:57
Mehriban Əliyevanın doğum günüdür
19-01-2021, 09:19
QAN YADDAŞI...- 20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”




















