Əlillik dərəcəsi ala bilməyən QAZİ Ali Baş Komandandan kömək istəyir

     Mingəçevir şəhərində Bağlar Massivində yaşayan QAZİMİZ Quliyev Tahir Alı oğlu əlillik dərəcəsi ala bilmədiyi üçün  Ali Baş Komandan, Cənab İlham Əliyevdən kömək istəyir.
    Quliyev Tahir Alı oğlu 1969-cu ildə Ucar rayonunda anadan olub. 1992-ci ildə torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildən 1993-cü ilin fevralına qədər 8 döyüş əməliyyatında iştirak edib. Döyüşdə ayağının pəncə hissəsindən aldığı güllə yarasına görə sağlamlığını itirib. Uzun illərdir müalicədədir. Amma müalicələr nəticəsiz qalır. Ayağında infeksiya gedir. Həmçinin qazimiz əlillik dərəcəsi ala bilmir. Onu müxtəlif idarələrdə süründürürlər. O, cənab prezident İlham Əliyevdən kömək istəyir.
   Qazimizin  bizə ünvanladığı sənədləri və VİDEO-MÜRACİƏTİNİ təqdim edirik:




AYGÜN SADİQ,
ATİA.AZ


Tarix: 14-11-2023, 18:39 Oxunub: 358


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031