11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
QAZİMİZİN MÜALİCƏYƏ EHTİYACI VAR...

Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.
Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq­larını döyüşdə sübuta yetirdilər.
Biz bu qələbə üçün Şəhidlərimizin ruhuna və qazilərimizə minnətdarıq. 

Bizim üçün saölamlığlnı itirən qazilərimizdən biri də Cəfərzadə Məhəmməd Qurban oğludur.
Cəfərzadə Məhəmməd 1998-ci ildə anadan olub. 2016-17-ci illərdə Göy-göl rayonunun Toğana kəndində  həqiqi hərbi xidmətini başa vuran Məhəmməd 28 sentyabr 2020-ci ildə könüllü olaraq müharibəyə gedir. 44 günlük müharibə boyu Fizuli, Cəbrayıl, Hadrut, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edən vətənpərvər qazimiz  14 oktyabrda Hadrut uğrunda gedən döyüşlərdə yaralansa da döyüş bölgəsini tərk etmir və 9 noyabrda QƏLƏBƏ xəbərini məhz elə Hadrutda qarşılayır.

 Bundan sonra tərxis olunan Məhəmmədin  M.Ə.Rəsulzadə qəsəbəsi 6 Nömrəli Şəhər Xəstəxanasında müalicə alır, lakin bu müalicədən sonra vəziyyəti daha da pisləşir. Yaşadığı Abşeron rayonunun İcra Hakimiyyətinə və Hərbi komisarlığına kömək üçün müraciət edir. Qazimizin anası Şövkət xanımın ATİA.AZ-a dediyinə görə təxminən 2 həftə qabaq Abşeron İH-də omları qəbul edən Kərim Kərimov "Yaşat fondu" ilə əlaqə yaradaraq qazimizin durumu və ciddi müalicəyə ehtiyacı olması haqqında fonda məlumat verib.
 

 İki gün öncə "Yaşat fondu"ndan psixoluqun iştirakı ilə qazimiz ziyarət olunub.

Biz də inanırıq ki, Vətən uğrunda sağlamlığını itirən qəhrəman qazimizin müalicəsi üçün "Yaşat fondu" lazımı tədbir görəcəkdir.
 Qazimizə Allahdan şəfa diləyirik.

Aydın Adıgözəlli


Tarix: 24-04-2021, 11:14 Oxunub: 316


Bölməyə aid digər xəbərlər