11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazax rayon sakini Abdullayeva Əntiqə Qazax Rayon İcra nümayəndəliyinin məsul işçi heyyətindən şikayət edir...

Qazax rayon sakini Abdullayeva Əntiqə  Qazax Rayon İcra nümayəndəliyinin məsul işçi heyyətindən  şikayət edir.

Şikayətçi bildirir ki, yaşadığı Vaqif küçəsinə yeni asvalt örtüyü çəkilərkən illərlə əziyyət çəkib evinin həyətinə düzdüyü daşı yol işçiləri  söküblər.
 Şikayətçi qeyd edir:  "Dedilər asvalt örtüyü çəkəcəyik. Asvalt örtüyü çəkildi qurtardı. İndi nə gələn var, nə də gedən, nə də sökdükləri daşı düzəldən. 
Rayon icra aparatının məsul işçisi Akif Sozalı oglu Vəliyevə bu barədə şikayət edirəm,  sökdükləri daşı gəlib düzəltmək əvəzinə... mənə deyir ki, səndən başqa gəlib şikayət edən yoxdur. 
Mən başa düşmürəm? Mənim həyətimin daşını söküb töküblər. Kim mənim yerimə şikayət etməlidir? Gəlib düzəltmirlər. 
Mən yaşadığım rayonda kimə şikayət etməliyəm?" 

Şikayətçi Əntiqə Abdullayeva  saytımıza müraciət edərək şikayətinin  aidiyyatı qurumlara çatdırılmasını xahiş edir. 

Biz də inanırıq ki, Rayon İcra Başçısı, hörmətli Rəcəb Babaşov bu barədə vətəndaşın şikayətini dinləməyən, vətəndaşla kobud rəftar edən Akif Sozalı oğlu Vəliyev haqqında öz ciddi tapşırıqlarını verəcəkdir. 

Elnur Quliyev, ATİA.AZ


Tarix: 15-06-2021, 22:43 Oxunub: 588


Bölməyə aid digər xəbərlər