Cəbrayıl sakini Əliheydər Əliyev "AZƏRAVTOYOL" 8 saylı yol İdarəsinin müdiri Əliheybət Şirinovun Dövlət Büdcəsindən yolların çəkilişi və təmiri üçün ayrılan pulların qeyri qanuni olaraq mənimsədildiyini iddia edir. Vətəndaş Əliyev Əliheydər saytımız vasitəsilə müraciətinin Respublika Prezidentinə və digər aidiyyəti qurumlara çatdırılmasını xahiş edir.
Vətəndaş Əliheydər Əliyevin məlumatına görə 31.01.2021-ci il tarixdə 8 saylı Yol İdarəsinin işçilərinə, daha dəqiq desək 50 AD 993, 50 AJ 997, 50 AD 998, 50 AE 101, 50 AE 020, 50 AY 122,
50 AY 040, 50 AY 060, 50 AY 070, 50 AY 077, 50 AD 990, 50AD 538, 50 AD 537 Dövlət Nömrə nişanlı “ HOVA” marhalı avtomaşınların sürücülərinə son haqq hesab (raşot pulu) hesablanmadan ərizələrini alıb, Əliheybət Şirinova məxsus 23 saylı şirkətə keçmələrini təkid ediblər. İşçiləri etiraz etdikdə deyiblər ki, “bizim kefimiz belə istəyir, bizdə Dövlətin yox, öz qanunlarımız işləyir, kim razıdırsa Dövlət idarəsindən çıxıb, 23 saylı şirkətə işə getsin, kim də razı deyilsə işdən çıxsın”. Vətəndaş iddia edir ki, 8 saylı Yol İdarəsinə məxsus texnikalar Əliheybət Şirinovun Sumqayıt MERO-da işləyən oğlu Şirinov Elnurun əli ilə özəlləşdirib özlərinə məxsus 23 saylı şirkətin balansına köçürürlər. Sonra isə həmin 23 saylı şirkətin adından 8 saylı Yol İdarəsinə arendaya verirlər ki, bununla da Dövlət Büdcəsinin pullarını mənimsəyirlər. Adı çəkilən 23 saylı şirkətə demək olar ki, hər ay yeni müdir təyin edirlər, hal-hazırda bu şirkətdə müdir kimi Allahverdiyev Elməddinin adı gedir.
Vətəndaş Əliyev Əliheydər Şamaxı rayonunda Əliheybət Şirinova məxsus zavodlar, Qirma daş qrabilkası, asvalt zavodlar haqqında da video-müraciət edib, müraciətinin saytımız vasitəsilə Respublika Prezidentinə və digər aidiyyati Qurumlara çatdırılmasını xahiş edir. Həmin video-müraciəti təqdim edirik:
Bölməyə aid digər xəbərlər